Əks istiqamətdə hərəkət edən küsəyən “VAZ” sürücü maşını yolun ortasında atıb getdi - VİDEO

Bakıda maraqlı və qəribə hadisə baş verib. Avtosfer.az xəbər verir ki, şəhərin mərkəzi küçələrinin birində əks istiqamətdə hərəkət edən “VAZ” markalı avtomobilin sürücüsü qəribə hərəkət edib. Qarşıdan öz yoluyla gələn maşının sürücüsü ona yol vermədiyi üçün avtomobili yolun ortasında saxlayaraq nəqliyyat vasitəsini tərk edib.
Hadisə zamanı sürücünün avtomobili yolun əks istiqamətində saxlaması digər hərəkət iştirakçıları üçün ciddi maneə yaradıb. Qısa müddət ərzində ərazidə nəqliyyat sıxlığı yaranıb, bəzi sürücülər isə baş verənləri təəccüblə qarşılayıblar.
Şahidlərin sözlərinə görə, sürücü avtomobili saxladıqdan sonra heç bir izahat vermədən sanki “küsüb” və hadisə yerindən uzaqlaşıb.
Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi sürücünün davranışını məsuliyyətsizlik adlandırıb, digərləri isə bu cür hərəkətlərin yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaratdığını qeyd ediblər.
Yolun ortasında və əks istiqamətdə avtomobil saxlamaq yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hesab olunur və bu cür hallar həm inzibati məsuliyyətə, həm də qəza riskinin artmasına səbəb ola bilər. Sürücülərin bu cür emosional davranışlardan çəkinməyi, yaranan problemi isə qanuni və təhlükəsiz yollarla həll etməyi tövsiyə edirlər.
Bu cür qayda pozuntusuna görə 150 manat 4 bal cərimə nəzərdə tutulur.
Eltac
Robot insandan sürətli qaçır, amma tormozlaya bilmir – VİDEO
Yeniyetmədən təhlükəli “şou”: Əks yola çıxıb velosipedin təkərini göyə qaldırdı - VİDEO
Azərbaycanda neçə kilometr avtomobil və dəmir yolu var? – Maraqlı STATİSTİKA
Məşhur ustalar hansı avtomobilləri sürürlər? – MÜSAHİBƏ
Sükanın bu xüsusiyyəti həyat qurtara bilər – Maraqlı FAKT
Dəmir yolunda bu fasilə niyə vacibdir? – Səbəb AÇIQLANDI
Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq
Nəqliyyatın yükünü azaltmaq üçün maraqlı addım
Uşaqlarımıza sirayət etmiş Axundov düşmənliyi
Bu sürət nişanı qəzaları azaldır – Avropada yeni sistem – FOTO
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi










