Ekspres avtobusların gündəlik sərnişin sayı AÇIQLANDI

Bakıda ekspres avtobus marşrutlarına olan tələbat yüksək olaraq qalır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov ekspres avtobusların fəaliyyətini və sərnişin tələbatını qiymətləndirib.
Ekspert bildirib ki, bir gündə 127 min sərnişinin ekspres avtobuslardan istifadə etməsi bu nəqliyyat növünə olan tələbatın yüksək olduğunu göstərir. Onun sözlərinə görə, 9 istiqamət üzrə, xüsusilə pik saatlarda 10 minlərlə sərnişinin daşınması ciddi göstəricidir.
“Bir gündə 127 min sərnişin. Bu, ekspres avtobusların nə qədər böyük tələbat yaratdığını göstərir. 9 istiqamət üzrə, xüsusilə pik saatlarda 10 minlərlə insanın daşınması ciddi nəticədir”, – deyə Eldəniz Cəfərov bildirib.
Ekspert həmçinin ekspres avtobus sisteminin təşkilində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətini müsbət qiymətləndirib.
“Obyektivlik naminə qeyd edim ki, bu işi təşkil edən AYNA-nın fəaliyyətini müsbət qiymətləndirmək olar. Sistem qurulub və real nəticə verir”, – deyə o əlavə edib.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












