Elektrikli avtomobil batareyalarının utilizasiyası niyə çətinləşir? – ARAŞDIRMA

Elektrikli avtomobillər ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitəsi hesab olunsa da, istismar müddəti başa çatan batareyaların utilizasiyası dünya üzrə ciddi problemə çevrilməkdədir. Mütəxəssislər bildirirlər ki, xüsusilə yeni nəsil batareyaların təkrar emalı iqtisadi baxımdan səmərəli olmadığından bu sahədə çətinliklər artır.
Avtosfer.az xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən bir sıra utilizasiya müəssisələri istifadə müddəti bitmiş elektrikli avtomobil batareyalarının qəbulunun onlar üçün əlavə xərc yaratdığını bildirir. Əvvəllər tərkibində nikel və kobalt kimi qiymətli metallar olan batareyaların təkrar emalından gəlir əldə etmək mümkün idisə, son illərdə geniş yayılan LFP (Litium-Dəmir-Fosfat) batareyalarında bu metalların olmaması geri dönüşümü iqtisadi cəhətdən daha az cəlbedici edib.
Nəticədə bəzi utilizasiya müəssisələri batareyaları qəbul etmək üçün əlavə ödəniş tələb edir. Bu isə kiçik avtomobil söküntü məntəqələri və utilizasiya şirkətləri üçün ciddi maliyyə yükü yaradır.
Mütəxəssislərin fikrincə, utilizasiya sisteminin yetərincə inkişaf etməməsi istifadə olunmuş batareyaların düzgün şəkildə emal edilməməsi riskini artırır. Yanlış saxlanılan və ya qanunsuz şəkildə tullantıya atılan litium-ion batareyaları yanğın təhlükəsi yarada, ətraf mühitə mənfi təsir göstərə bilər.
Problemin həlli istiqamətində ABŞ-nin Kolorado ştatında "İstehsalçının məsuliyyəti" prinsipi əsasında yeni qanun qəbul edilib. Qanuna əsasən, istismar müddəti başa çatmış elektrikli avtomobil batareyalarının toplanması, daşınması və təkrar emalı xərclərini artıq avtomobil istehsalçıları qarşılayacaq.
Mütəxəssislər hesab edirlər ki, bu model gələcəkdə digər ölkələrdə də tətbiq oluna və elektrikli avtomobil batareyalarının təhlükəsiz utilizasiyası üçün nümunə rolunu oynaya bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












