Elektrikli avtomobillərdə mufta və sürət qolu dövrü yenidən gündəmə gəlir?

Yaponiyanın avtomobil nəhəngi “Toyota” elektrikli nəqliyyat vasitələrində mufta və sürət qolu təcrübəsini təqdim edəcək, hətta yanlış istifadə zamanı mühərrikin sönməsini simulyasiya edəcək yeni sistem üçün patent müraciəti edib.
Avtosfer.az xəbər verir ki, “Toyota” elektrikli avtomobil texnologiyasında sürücülük vərdişlərini dəyişdirə biləcək yeni addım atıb. Şirkət daxili yanma mühərrikli avtomobillərdəki sürət dəyişdirmə mexanikasını və hissini elektrikli nəqliyyat vasitələrinə inteqrasiya etməyi nəzərdə tutan simulyasiya edilmiş mexaniki ötürmə sistemi hazırladığını açıqlayıb.
Yeni texnologiya sürücünün birbaşa istifadə edə biləcəyi fiziki mufta pedalı və sürət qolu ilə təchiz olunacaq. Elektrikli avtomobillərin xətti sürətlənmə xüsusiyyətindən fərqli olaraq, sistem sürücüyə ənənəvi mexaniki sürət qutulu avtomobili idarə etmə hissi verməyi hədəfləyir.
Bu texnologiya yalnız sürət dəyişmələrini simulyasiya etməklə kifayətlənmir, eyni zamanda daxili yanma mühərrikli avtomobillərdə baş verən bəzi sürücü səhvlərini də təkrarlaya bilir. Belə ki, sürücü uyğun olmayan mühərrik dövriyyəsində səhv ötürmə seçərsə, sistem mühərrikin sönməsini imitasiya edərək daha real sürücülük təcrübəsi yaradır.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












