Gənclər sürücülük vəsiqəsinə maraq göstərmir – SƏBƏBLƏR

Belçikada gənclərin sürücülük vəsiqəsi əldə etmə yaşı artır. 18 yaşı tamam olan şəxslərin əksəriyyəti sürücülük vəsiqəsi almağı prioritet hesab etmir.
Avtosfer.az xəbər verir ki, paytaxt Brüsseldə 18 yaşlı gənclərin cəmi 5 faizi ötən il sürücülük vəsiqəsi alıb. 10 il əvvəl göstərici 11 faiz idi. Daha əvvəlki dövrlə müqayisədə geriləmə 35 faizə çatır.
25-30 yaşlı belçikalıar arasında sürücülük vəsiqəsi əldə etmək istəyənlərin sayı 10 ildə 18 faiz azalıb. əvvəllər vəsiqə alanların orta yaşı 18 idisə, indi 25-i ötüb. Bəs səbəb nədir?
Ekspertlər bildirirlər ki, başlıca səbəb şəhərlərdə ictimai nəqliyyatın əlçatanlığı və fərdi mobillik vasitələrinin çoxluğudur. Eyni zamanda, gənclər vəsiqə almaq üçün böyük vaxt və pul sərf etmək istəmirlər (ali təhsil pulsuz olsa da, sürücülük vəsiqəsi bir neçə min avrodur – müəl.).
İkinci əsas səbəb isə avtomobilin istismar xərclərinin, yanacaq, sığorta və parklamanın çox baha olmasıdır. Gənclərin çoxu bu xərcləri qarşılaya bilmir. Bu halda maşın almaq azadlığın məhdudlaşması kimi görünür.
Kənd yerlərində isə şəxsi avtomobilə maraq və tələb durmadan artır.
Vüqar
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












