Gömrük proseslərinin sadələşdirilməsi logistik xərcləri azalda bilər - İQTİSADÇI

Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd-keçid proseslərinin sürətləndirilməsi yükdaşımaların daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, üç ölkə arasında gömrük proseslərinin sürətləndirilməsi Azərbaycanın tranzit imkanlarının genişlənməsi və xarici ticarət əlaqələrinin inkişafı baxımından da müzakirə olunur. Bəs bu dəyişikliklər sahibkarlar və yükdaşıyıcılar üçün hansı üstünlükləri yarada bilər və Azərbaycanın tranzit potensialına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, gömrük sərhəd-keçid məntəqələri arasında informasiya mübadiləsinin aparılması sahibkarlar və yükdaşıyıcılar üçün sərhədi daha sürətli keçməyə imkan verəcək:
''Bir gömrük sərhədindən keçən yük barədə məlumatların digər gömrük sərhədinə ötürülməsi yüklərin növbəti məntəqədə uzun müddət gözləməsinin qarşısını ala bilər. Bu isə həm sahibkarların mallarının daha sürətli çatdırılmasına, həm də yükdaşıyıcıların daşıma xərclərinin azalmasına şərait yaradacaq. Yük maşınının yolda hər gün dayanması əlavə xərc yaradır. Əgər yükdaşıma müddəti 10 gündən 9 günə endirilirsə, avtomatik olaraq yükdaşıyan nəqliyyat vasitələrinin xidmət imkanları da artır. Beləliklə, həm xərclər azalır, həm də malların yolda qalma müddəti qısalır. Tranzit yüklərin daha sürətli daşınması ölkələrin tranzit imkanlarını artırmaq baxımından da əhəmiyyətlidir. Onun fikrincə, xüsusilə Mərkəzi Asiyadan gələn yüklərin daha sürətli hərəkətinin təmin edilməsi Orta Dəhlizin imkanlarından səmərəli istifadə baxımından vacibdir''.
Fatimə
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA












