Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA

Avtomobillərdə daxili arxa görüntü güzgüsünün altında yerləşən kiçik mandal xüsusilə gecə sürüşləri zamanı sürücülərin işinə yarayır.
Avtosfer.az xəbər verir ki, bir çox avtomobildə olan bu detal mexaniki qaraltma sisteminin bir hissəsidir. Sürücü bu funksiya hərəkət etdirdikdə güzgünün bucağı cüzi şəkildə dəyişir və arxadan gələn avtomobillərin güclü faralarının birbaşa gözə əks olunmasının qarşısı alınır.
Güzgünün alt hissəsində yerləşən funksiya gündüz və gecə istifadə rejimləri arasında keçidi təmin edir. Normal vəziyyətdə güzgü arxadakı görüntünü daha parlaq əks etdirir. Funkiya hərəkət etdirildikdə isə əksin intensivliyi azalır və güclü işığın yaratdığı parıltı sürücünü daha az narahat edir.
Bu sistem güzgünü tamamilə qaraltmır. Güzgünün xüsusi quruluşu sayəsində daha zəif ikinci əksolunma görüntüsü sürücüyə çatır. Beləliklə, sürücü arxadan gələn avtomobilləri görməkdə davam edir, eyni zamanda faraların yaratdığı parıltı əhəmiyyətli dərəcədə azalır.
Mexaniki qaraltmalı güzgülərdə şüşə və əks etdirici səth müəyyən bucaq altında yerləşdirilir. Mandalın hərəkəti güzgünün bucağını dəyişərək sürücünün gördüyü əksi fərqli istiqamətə yönəldir. Gecə rejimində daha zəif əks sürücünün görmə sahəsinə düşür.
Qeyd edək ki, bu xüsusiyyət yalnız mexaniki qaraltma sisteminə malik daxili güzgülərdə istifadə olunur. Avtomatik qaralan güzgülərdə isə işıq səviyyəsi elektron sistem tərəfindən müəyyən edilir və əksin parlaqlığı avtomatik şəkildə azaldılır.
Eltac Zülfüqaroğlu
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər












