Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI

Adətən skuterlərlə bağlı paylaşılan xəbər və videolar əsasən gündüz baş verən hadisələrə aid olur. Lakin, bəzi skuterçilər necə deyərlər, gecə də boş dayanmırlar. İlk baxışda adama belə gəlir ki, onlar həyatlarından beziblər.
Ötən gecə saat 2 radələrində Şəhidlər xiyabanı istiqamətində 10 dəqiqəlik müşahidəm zamanı bəzi skuterçilərin avtoxuliqanlardan daha intizamsız davranış nümayiş etdirdiyinə şahid oldum. Skuterçilərdən birinin Mehdi Hüseyn küçəsindən aşağıya doğru yüksək sürətlə hərəkət etdiyini gördükdə düşündüm ki, İçərişəhər istiqamətinə düz gedəcək. Bəli, o, həmin istiqamətə getdi. Lakin, skuterçi qəflətən Parlament prospektinə döndü, yol dairəsinə əks istiqamətdə girərək bir dövrə vurdu və yenə də sürətlə aşağıya doğru hərəkət etdi. Əminliklə deyə bilərəm ki, bunu ən intizamsız avtoxuliqan belə, etməyib.
Bir neçə dəqiqədən sonra yenə AzTV istiqamətindən üzüaşağı gələn 2 skuterçi yolun əks istiqaməti ilə hərəkət edirdi. Həmin istiqamətdə hansısa nəqliyyat vasitəsi gəlsəydi, toqquşma qaçınılmaz olacaqdı. Yol kor zonadır və sürücü sağa dönərkən qarşıdakı obyektləri görmür.
Ardınca başqa bir skuterçi üzüaşağı yolun sağına və soluna dəyə-dəyə hərəkət edirdi. Maraqlıdır ki, belə kobud manevrlər zamanı onun bir sərnişini də vardı.
Bütün gördüklərin cəmi 10 dəqiqə ərzində, kiçik bir məkanda baş verib. Bir gün əvvəl isə Teymur Elçin küçəsində Dövlət Dəniz Administrasiyasından Dağüstü parka tərəf hərəkət edərkən skuterçi üzüaşağı, sərt döngədə avtomobili ötdü. Onun sürətinin azı 50 km/saat olması şübhə doğurmurdu. Biz isə sürücünün peşəkarlığı sayəsində qəzadan qurtula bildik.
Şübhəsiz Bakı sakinləri, xüsusilə də sürücülər mənim gördüklərimdən daha pis hallarla rastlaşıblar. Buna görə də, əminlikdə demək olar ki, skuter məsələsində müəyyən tənzimləmələrin vaxtı çatıb. Ən əsası, skuterlərin texniki vəziyyətinin yoxlanması, mühərrikə müdaxilə edilib-edilməməsinə nəzarət mütləqdir. Digər tərəfdən, gecə saatlarında onların icarəsi məsələsinə də yenidən baxılmalıdır.
Fərdi mobillik vasitələrinin tam qadağasından söhbət getməsə də, fərdlərə qarşı məhdudiyyətlər yerinə düşər. Məsələn, polis kütləvi reyd keçirir, qayda pozan şəxslər cərimələnir, onların skuter icarəyə götürməsinə məhdudiyyət təbiq edilir.
Xarici təcrübə göstərir ki, böyük şəhərlərdə skuterlərin icarəsinə tətbiq edilən qadağa problemi həll etmir. Sadəcə olaraq yerdəyişmə baş verir. Məsələn, Parisdə 2023-cü ilin sentryabrın 1-dən elektrikli skuterlərin icarəsi qadağan edildikdən sonra 15 mindən çox skuter əyalətlərə ucuz qiymətə satıldı. Paytaxtda aradan qalxan problem departamentlərdə ortaya çıxdı. Həm də daha ağır və nəzarət edilməsi mümkün olmayan formada.
Daha ətraflı, aşağıdakı linkdə:
https://avtosfer.az/az/gundem/fransizlarin-bitmeyen-skuter-derdi-azerbaycanda-nece-olacaq-292647
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA












