Fransızların bitməyən skuter dərdi – Azərbaycanda necə olacaq?

İlk baxışdan bu xəbər lüzumsuz görünə bilər. Axı heç bir sərhədimiz olmayan ölkədəki nəqliyyat probleminin bizə nə aidiyyəti var? Cavabı sonda.
Avtosfer.az xəbər verir ki, fransalı senator Erve Morey elektrikli skuterlərlə bağlı hökumətə müraciət edib. Senator əyalətlərdə, xüsusilə də kənd yerlərində skuterlərlə bağlı məsələnin tənzimlənməsini istəyir.
Morey müraciətində bildirir ki, Paris və böyük şəhərlərdə məsələ əsasən tənzimlənib. Kənd yerlərində isə vəziyyət ürəkaçan deyil: skuterlər yüksək sürətli yollarda istifadə edilir, konstruksiya dəyişikliyi edilərək sürət artırılır, kiçik uşaqlar bu nəqliyyatdan istifadə edirlər və s.
Senatora verilən cavabda göstərilir ki, skuter magistralda sürülə bilməz, bu nəqliyyata 2 nəfərin minməsi qadağandır. Elektrikli skuter sürənin yaşı 14-dən yuxarı olmalıdır. Onların istismarı ilə bağlı qaydaların pozulmasına görə cərimələr 35 dollardan 135 dollara qaldırılıb.
Maraqlıdır ki, kənd yerlərində nəzarət olmadığı üçün məhz yuxarı abzasda qeyd olunmuş qayda pozuntuları adi hal alır.
Bura qədəri Fransaya aiddir. Bəs problemin bizimlə nə əlaqəsi?
Təcrübə göstərir ki, Avropada avromobillər bağlı ortaya çıxan bəzi məsələlər (məsələn, tıxac, parkinq, köhnə avtomobil) gec və ya tez özünü Azərbaycanda da göstərir. Bakıda dəbdən düşən və ya ucuzlaşan nəqliyyat vasitələri kütləvi şəkildə rayonlara daşınır. Biz bu təcrübəni son 25 ildə Jiquli, Mercedes mikroavtobuslar və nəhatət Prius timsalında görmüşük. Hələlik yalnız rayon mərkəzlərində skuterlərdən istifadəyə şahid oluruq. Yaxın bir neçə ildə bu nəqliyyat növünün kəndlərdə də yayılacağı şübhə doğurmur. Xaotik, nəzarətdənkənar istifadə şübhəsiz ki, pis nəticələr doğuracaq. Buna görə indidən tədbir görmək, qanunvericilik bazasını uyğunlaşdırmaq zəruridir.
Vüqar
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












