Hindistan yeni nüvə sualtı qayıq bazası açacaq

Hindistan Hərbi Dəniz Qüvvələri 2026-cı ildə Andhra-Pradeşdə yeni bazanı istismara verməyi planlaşdırır.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "The Times of India" mənbəyə istinadən məlumat verib.
Hərbi Dəniz Qüvvələrinin Şərq komandanlığının Vişakhapatnamdakı qərargahından 50 km cənubda tikilən baza nüvə sualtı qayıqlarının yerləşdirilməsi üçün tunellər şəbəkəsinə malikdir. Bu, onlara casus peyklər tərəfindən aşkarlanma təhlükəsi olmadan Benqal körfəzinə daxil olmağa imkan verəcək.
"Varşa layihəsi üzrə Rambilli bazasının birinci mərhələsi demək olar ki, başa çatıb. 2026-cı ildə istismara verildikdən sonra onu mərhələli şəkildə genişləndirmək və təkmilləşdirmək olacaq", - deyə mənbə nəşrə bildirib.
"The Times of India"nın qeyd etdiyi kimi, Hindistan, həmçinin qərb sahilindəki Karnataka ştatında yerləşən Karvar bazasını da tədricən təkmilləşdirir. Layihənin hazırkı mərhələsinin reallaşdırılması orada 32 iri gəminin yerləşdirilməsinə imkan verəcək.
"Daxili liman hazırdır. Xarici hissədə işlər davam edir", - deyə mənbə əlavə edib.
Gələcəkdə obyektin 50 gəmi və sualtı qayıq, 40 yardımçı gəminin yerləşdirilməsi üçün genişləndirilməsi planlaşdırılır.(oxu.az)
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












