İkinci əl elektromobil alarkən bu detala diqqət edin: Aldadıla bilərsiniz

İkinci əl elektrik avtomobili almaq istəyənlər üçün batareyanın vəziyyəti ən vacib məqamlardan biridir. Yeni araşdırma göstərib ki, elektrik avtomobillərinin batareyaları düşünüldüyündən daha yavaş köhnəlir. Bununla belə, eyni model avtomobillər arasında batareya tutumu baxımından ciddi fərqlər müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, Avstriyada yerləşən “AVILOO” şirkətinin 500 mindən çox test əsasında hazırladığı ikinci əl elektrik avtomobillərinin batareyaları ilə bağlı araşdırması maraqlı nəticələr ortaya qoyub.
Şirkətin hesabatı 2022–2026-cı illər arasında 20 məşhur model üzərində aparılmış 500 mindən çox testə əsaslanır. Araşdırmada müxtəlif iqlim şəraitinin də batareyaların vəziyyətinə təsiri qiymətləndirilib.
Tədqiqat çərçivəsində avtomobillərin batareya vəziyyəti 50 min, 100 min və 150 min kilometr yürüşdən sonra yoxlanılıb. Bu mərhələlərdə batareyaların orta sağlamlıq vəziyyəti və avtomobillərin təxmini yürüş məsafəsi hesablanıb.
Nəticələr göstərib ki, elektrik avtomobillərinin batareyaları ilə bağlı “tez sıradan çıxır” fikri tamamilə doğru deyil. Əksinə, batareyaların gözləniləndən daha yaxşı və daha yavaş köhnəldiyi müəyyənləşdirilib.
Bununla yanaşı, eyni model avtomobillər arasında belə batareya tutumu baxımından 13,5 faizə qədər fərq aşkarlanıb. Bu isə ikinci əl elektrik avtomobili alarkən yalnız avtomobilin modelinə və yürüşünə deyil, konkret avtomobilin batareya sağlamlığına da diqqət yetirməyin vacibliyini göstərir.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri isə kiçik tutumlu batareyaların daha sürətli köhnəlməsi ilə bağlı olub. Mütəxəssislərin fikrincə, eyni məsafəni qət etmək üçün kiçik batareyalı avtomobillər daha çox şarj dövründən keçməli olur. Nəticədə belə batareyalarda performans itkisi böyük tutumlu batareyalarla müqayisədə daha sürətli baş verə bilər.
Bu səbəbdən araşdırma ikinci əl elektrik avtomobili almağı planlaşdıran şəxslər üçün kiçik batareyalı modellərin daha riskli ola biləcəyinə işarə edir. Alıcıların avtomobili əldə etməzdən əvvəl batareyanın real sağlamlıq göstəricilərini yoxlatdırması tövsiyə olunur.
Eltac Züıfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












