İki nəfər lotereyada 1,8 milyard dollar udub

ABŞ-də Missuri və Texas ştatlarından olan iki sakin "Powerball" lotereyasının tarixində ikinci ən böyük uduşun sahibləri olublar. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onlar təxminən 1,8 milyard dollar məbləğindəki cekpotu bölüşəcəklər ki, bu da Amerika lotereyalarının tarixində ikinci ən böyük mükafat hesab olunur. Uduş biletlərinin sahiblərinin kimliyi açıqlanmır. Hər qalib 893,5 milyon dollar məbləğində illik ödənişli və ya 410,3 milyon dollar birdəfəlik ödəniş variantını seçə bilər. İllik ödəniş 30 ilə yaxın müddətdə hissə-hissə həyata keçirilir. Birdəfəlik məbləğ isə vergilər çıxılmadan əvvəl ödənilən daha kiçik, lakin dərhal verilən vəsaitdir. Cekpotu udmaq ehtimalı 292,2 milyonda 1 təşkil edir. "Powerball" lotereyası həftədə üç dəfə keçirilir. 1,787 milyard dollarlıq bu uduş yalnız 2022-ci ilin noyabrında Kaliforniyada bir nəfərin qazandığı 2,04 milyard dollarlıq rekord cekpotdan bir qədər azdır. "Powerball" biletləri 2 dollara satılır və ABŞ-nin 45 ştatında, eləcə də Kolumbiya dairəsi, Puerto-Riko və ABŞ Vircin adalarında əldə edilə bilər.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












