İnfeksion xəstəliklərin ev heyvanları ilə də əlaqəsi var – TERAPEVTDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

Tarixən Yer kürəsində heyvanlarla insanların bir-birinə təmas halında yaşaması zaman keçdikcə bu təmasların inkişafına və ilkin dövr heyvanlarının bəzilərinin əhliləşdirilməsinə gətirib çıxarıb. İlk əhliləşdirilən heyvan it olub. Zaman keçdikcə digər heyvanlar da əhliləşdirilib. Bu gün evlərdə daha çox it, pişik və quş saxlanılsa da bəzi xarici ölkələrdə kərtənkələ, ilan və hətta ayı, şir, varan kimi yırtıcı heyvanların ev heyvanı kimi saxlanılması halları da mövcuddur.
Bəs ev heyvanlarının azyaşlı uşaqlarla, daha dəqiq körpələrlə birgə yaşamasının müsbət və mənfi tərəfləri nələrdir?
Mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova bildirib ki, ev heyvanlarının yalnız uşaqlara deyil, böyüklərə də təsirləri həm müsbət, həm də mənfi ola bilər:

“Müsbət tərəfləri ondan ibarətdir ki, ev heyvanları insanları stresdən və depressiyadan uzaq tutur. Onlar daha sakit və rahat psixologiyaya sahib olurlar. Ancaq bunun mənfi tərəfləri də mövcuddur. Xüsusilə azyaşlı uşaqlar üçün bəzi risklər yaranır. Heyvanlar bakteriyaların daşıyıcısı ola bilirlər. Bu bakteriyalar çöl heyvanlarından gələ biləcəyi kimi, ev heyvanlarından da ötürülə bilər. Azyaşlı uşaqların immun sistemi daha həssas olduğu üçün bu cür infeksiyalar onlara daha ciddi mənfi təsir göstərə bilər.
Belə bakteriyalar tənəffüs yollarına, xüsusilə ağciyərlərə yerləşərək ciddi fəsadlara səbəb ola bilər. Bundan başqa, statistikaya görə, evdə pişik saxlayan ailələrdə uşaqlarda dırnaq göbələyi daha çox rast gəlinir. Uşaqlar pişiklərlə tez-tez təmasda olduqları üçün bu hallar daha çox müşahidə olunur. Bu gün dünyada ev heyvanları ilə uşaqların birlikdə yaşaması geniş yayılıb və buna qadağa qoymaq mümkün deyil”.

Həkim həmçinin əlavə edib ki, ev heyvanı saxlayan valideynlər gigiyena qaydalarına ciddi şəkildə əməl etməlidir:
“Heyvanlarınızı mütəmadi olaraq baytara aparmaq və onların sağlamlıq vəziyyətini yoxlatdırmaq vacibdir. Eyni zamanda uşaqların sağlamlığına da diqqət göstərərək onları müntəzəm tibbi müayinələrdən keçirtmək lazımdır”.
Eltac Züflüqaroğlu
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA










