Banner

Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO

Maraqlı 3 Noyabr 2026 12:00
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
WhatsApp kanalımıza abunə olun

Kanadada yol hərəkətində sürəti azaltmaq məqsədilə asfalt örtüyünə çuxur görüntüsü yaradan stikerlərin yerləşdirildiyi iddia olunur.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, yollara yerləşdirilən bu təsvirlər sürücülərdə qarşıda çuxur olduğu təəssüratını yaradır. Bununla da avtomobil idarə edən şəxslərin sürəti azaltmasına nail olmaq hədəflənir.

Qeyri-adi üsulun yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və sürət həddinin qorunması məqsədilə tətbiq olunduğu bildirilir.

Eltac

Oxunub : 152
ŞƏRH YAZ
Ad

E-mail

Şərh