Kiminsə telefon nömrəsini başqasına vermək cinayət məsuliyyəti yaradır? - HÜQUQŞÜNAS

Başqasının telefon nömrəsini onun icazəsi olmadan digər şəxsə vermək qanunla məhdudlaşdırıla bilər.
Avtosfer.az xəbər verir ki, “Fərdi məlumatlar haqqında” qanunvericiliyə əsasən, şəxsin telefon nömrəsi fərdi məlumat kimi qiymətləndirilə bilər. Belə məlumatların üçüncü şəxslərə təqdim edilməsi üçün ümumi qayda olaraq məlumat sahibinin razılığı tələb olunur.
Məsələn, A şəxsin telefon nömrəsi başqa bir şəxsdədirsə, həmin nömrənin A-nın razılığı olmadan B şəxsə verilməsi hüquqi baxımdan sual yarada bilər. Burada B şəxsin nömrəni qəbul etməsinə etiraz etməməsi əsas məsələ deyil. Əsas olan telefon nömrəsinin sahibinin, yəni A şəxsin razılığının olub-olmamasıdır.
Qeyd edək ki, nömrənin icazəsiz paylaşılması hər bir halda avtomatik olaraq cinayət və ya inzibati məsuliyyət yaratmır. Hüquqi qiymətləndirmə hadisənin konkret hallarından, məlumatın necə əldə edilməsindən və hansı məqsədlə təqdim olunmasından asılıdır.
Bu səbəbdən başqa şəxsin telefon nömrəsini üçüncü tərəfə verməzdən əvvəl həmin şəxsin razılığını almaq daha düzgün yanaşmadır.
Mövzu ilə bağlı hüquqşunas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, şəxsin razılığı olmadan telefon nömrəsinin hər hansı digər şəxsə, yaxud xidmət və ya satış sektorunda fəaliyyət göstərən hüquqi və ya fiziki şəxsə verilməsi, yəni həmin şəxsin razılığı olmadan məlumatın paylaşılması onun şəxsi həyatının toxunulmazlığı hüququnun pozulmasıdır:

''Vətəndaş bununla bağlı hüquq-mühafizə orqanlarına, konkret olaraq polisə müraciət edə bilər. Əgər müəyyən edilərsə ki, telefon nömrəsi həqiqətən hansısa şəxs tərəfindən icazəsiz şəkildə paylaşılıb, vətəndaş həmin şəxsdən mülki qaydada ona vurulmuş maddi və ya mənəvi zərərin ödənilməsini tələb edə bilər''.
Fatimə
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












