“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO

Şairə və qiraətçi Nazilə Səfərli avtomobilini “Lexus”dan “Changan”a dəyişdikdən sonra bəzi sürücülərin ona münasibətinin dəyişdiyini bildirib.
Avtosfer.az xəbər verir ki, Nazilə Səfərli bu barədə danışarkən 13 il “Lexus” markalı avtomobil sürdüyünü, daha sonra isə “Changan” aldığını deyib.
O bildirib ki, əvvəllər Bakıda sürücülərin daha təmkinli olduğunu düşünüb:
“Qabaq elə bilirdim ki, Bakıda siqnal verilmir. Çünki mənim ətrafımda maşınlar az siqnal verirdi, elə bilirdim ki, sürücülər çox təmkinlidir, çox səbirlidir. İndi isə başa düşmüşəm ki, sürücülər mənə yox, mənim sürdüyüm maşına təmkinli imişlər”.
Nazilə Səfərli avtomobilini dəyişmək qərarının səbəbini də açıqlayıb. O, bahalı avtomobil sürməkdənsə, vəsaitini gələcəyinə yönəltmək istədiyini deyib:
“Artıq başa düşmüşəm ki, maşın mənim şəxsiyyətimin göstəricisi deyil. Mənim hava atan yaşım deyil. Mənim yaşlılığa sərmayə yatıran yaşımdır. Qocalığa varidat girmək istəyirəm, “Changan”lı yox. Həftəyə 200 manat benzinə pul vermək istəmirəm, normal yaşamaq istəyirəm”.
Şairə qeyd edib ki, avtomobilini dəyişdikdən sonra bəzi sürücülərin ona qarşı daha səbirsiz davrandığını müşahidə edib:
“Sürücü səni bu maşında görür, siqnalayır, saymır, sağından keçir, sənə tələsdirir. Məni “Lexus”da heç kəs irad eləmirdi. Demək ki, onda maşına hörmət qoyurmuşlar, insanlar”.
Nazilə Səfərli sürücülərin avtomobilin qiymətinə deyil, bir-birinə hörmət etməsinin vacibliyini vurğulayıb.
“Sən sürücü olaraq sürücü dostuna hörmət eləmirsən, sən maşının bahalılığına baxırsan. Mən isə belə yaşayacağam. Qoy kim nə bilir, bilsin”, – deyə o bildirib.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












