Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi

Böyük Britaniyanın Uorrinqton Məhkəməsi Türkiyənin "Trabzonspor" klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salahı altı ay müddətinə sürücülük hüququndan məhrum edib.
Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, bu barədə məhkəmə sənədlərində bildirilib.
İnsident martın 27-də Uilmslou şəhərində baş verib. Məhkəmə sənədlərində qeyd olunur ki, radarlar sürət həddinin aşılması faktını qeydə alarkən Salah "Rolls-Royce" avtomobilinin sükanı arxasında kimin olduğunu polisə bildirməyib.
Hücumçu prokurorluğun bildirişlərinə cavab verməyib və istintaqla razılaşmaya getməyib. Məhkəmənin qərarına əsasən, Salah 1 044 funt-sterlinq (təxminən 1 217 avro) məbləğində cərimə də ödəməlidir.
"Liverpul"un sabiq futbolçusu yol hərəkəti qaydalarını klubdan ayrıldığını elan etdikdən bir neçə gün sonra pozub.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edirdi. Avqust ayında 34 yaşlı misirli futbolçu azad agent kimi "Trabzonspor"a transfer olunub. (oxu.az)
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












