Məşhur motosiklet zavodu istehsalı Çinə köçürür - FOTO

Rusiyanın İrbit Motosiklet Zavodu istehsalını Çinə köçürməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, istehsalçıya məşhur Ural motosikletlərinin satışı ziyanla başa gəlir. 2022-ci ildə istehsalın Qazaxıstana köçürülməsi problemi aradan qaldırmayıb. Sanksiyalara görə Avropa və ABŞ-yə ixrac dayanıb, daxili bazarda isə baha qiymətə texnika satmaq mümkün deyil.

Hazırda Sverdlov vilayətindəki əsas müəssisə daxili bazarı sovet modeli motosikletlərlə və ehtiyat hissələri ilə təmin etmək üçün məhdud işçi qüvvəsi ilə fəaliyyət göstərir.
Yeni motosikletlər Çində Yingang şirkətinin müəssisəsində Ural Neo 500 adı ilə istehsal ediləcək. 35 at gücündə maye soyutmalı Çin mühərriki ilə komplektləşdiriləcək motosiklet yalnız Rusiya bazarı üçün nəzərdə tutulub.

Istehsalçı bildirir ki, 1938-ci il modeli BMW R71-in bazasında hazırlanmış hazırki Ural motosikletlərindən fərqli olaraq Neo 500-də daimi nizamlamalara və təkmilləşdirməyə eghtiyac olmayacaq.
Qeyd edək ki, sovet dövründə Rusiyada çox sayda motosiklet zavodu fəaliyyət göstərib. İndi bu zavodlardan demək olar heç biri fəaliyyət göstərmir.
Vüqar
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












