Məşhur ustalar hansı avtomobilləri sürürlər? – MÜSAHİBƏ

Hər gün onlarla avtomobilin texniki vəziyyətini yoxlayan, müxtəlif markaların üstün və zəif tərəfləri ilə yaxından tanış olan ustaların şəxsi avtomobil seçimləri də maraq doğurur. Çünki avtomobil ustası üçün maşın sadəcə gündəlik nəqliyyat vasitəsi deyil, həm də illər ərzində topladığı təcrübənin nəticəsində qiymətləndirdiyi bir seçimdir. Onlar hansı modellərin daha az problem yaratdığını, hansı avtomobillərin qulluq baxımından daha əlverişli olduğunu və hansı texniki xüsusiyyətlərin sürücü üçün üstünlük təşkil etdiyini gündəlik işlərində görürlər.
Bəs müxtəlif avtomobilləri təmir edən və onların bütün incəliklərini bilən ustalar özləri hansı modelləri seçirlər?
Avtosfer.az xəbər verir ki, avtomobil ustası Dəniz Ağabəyli şəxsi istifadəsi üçün “Changan Uni-Z” avtomobilindən istifadə edir. O, “Toyota”, “Nissan”, “Mitsubishi”, “Mercedes-Benz”, “Hyundai” və digər markaların texniki xidmətini göstərdiklərini bildirib. Dəniz usta son dövrlərdə Çin avtomobillərinə marağın artdığını, bu modellərin keyfiyyəti, yol tutumu və ehtiyat hissələri ilə bağlı məsələlərin də sürücülər arasında maraq doğurduğunu qeyd edib. Özü də “Changan Uni-Z”i sınaqdan keçirdiyini və avtomobildən razı qaldığını bildirib.

“Bu avtomobili təxminən 15 min kilotmetrdən çox idarə etdim və razı qaldım. Ölkəmizdə ən çox yayılan avtomobillər hansılardırsa, ustalar da ilk növbədə onları sınaqdan keçirirlər”, – deyə Dəniz Ağabəyli bildirib.
Sahil usta isə uzun müddət istifadə etdiyi “Mercedes S-Class” modelini dəyişərək “Kia Carnival”a keçib. Onun sözlərinə görə, bu seçimdə avtomobilin 7 yerlik olması, ailə vəziyyəti və təmir sayının çoxluğu əsas rol oynayıb.

Avtomobil mütəxəssisi Elçin Abbasov hazırda “Lixiang L7” idarə edir. O bildirib ki, ustalar servis zamanı daha çox işlədikləri və bütün texniki xüsusiyyətlərini yaxından bildikləri avtomobillərə üstünlük verə bilirlər.

“Mən öz avtomobilimdən çox razıyam. Xidmət göstərdiyin avtomobilin bütün incəliklərini öyrənirsən. Bu avtomobil də mənim üçün çox uyğundur”, – deyə Elçin Abbasov qeyd edib.
Cavidan usta isə 5.0 mühərrikli “Land Rover” sürür. O, avtomobilin düzgün və vaxtında qulluq edildiyi halda etibarlı olduğunu düşünür. Ustanın sözlərinə görə, avtomobilin yanacaq sərfiyyatı bir qədər yüksək olsa da, onun gücü və yolsuzluq imkanları bu çatışmazlığı kompensasiya edir.

“Bu maşından həzz alıram. Düzgün qulluq olunsa, yaxşı maşındır. Mən o maşının gücündən istifadə edirəm, dağ-dərəyə gedirəm. Qumda da özünü yaxşı göstərir. Yanacaq sərfiyyatı bir qədər çoxdur, amma yenə də mən o maşını bəyənirəm. Sürəndə hiss edirsən ki, maşın sürürsən”, – deyə Cavidan usta bildirib.
Nuru usta isə hazırda “Kia Sorento” avtomobili idarə etdiyini bildirib. Onun sözlərinə görə, 2.0 mühərrikli, dizel və turbodiesel olan bu modelə üstünlük verməsinin əsas səbəblərindən biri Azərbaycanda geniş yayılmasıdır.
Nuru usta qeyd edib ki, avtomobilin ehtiyat hissələrini tapmaq daha asandır və onların qiymətləri də digər modellərlə müqayisədə münasibdir. O, “Kia Sorento”nun həm ekonom, həm də rahat avtomobil olduğunu, uzun məsafələr üçün də əlverişli seçim sayıldığını bildirib.

“Bu avtomobil Azərbaycan bazarında daha çox tanınır, ehtiyat hissələri əlçatandır və qiymətləri də münasibdir. Həm ekonomdur, həm rahatdır. Uzun məsafələrə getmək üçün də yaxşı avtomobildir. Yanacaq sərfiyyatı bir qədər çoxdur, amma yenə də bu maşını bəyənirəm. Sürəndə hiss edirsən ki, maşın sürürsən”, – deyə Nuru usta bildirib.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












