Mexaniki avtomobillərdə yanacağa necə qənaət etmək olar? - İZAH

Yanacağa qənaət etmək üçün təkcə avtomobilin texnologiyası deyil, sürücünün idarəetmə vərdişləri də mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər mexaniki sürətlər qutusu ilə təchiz olunan avtomobillərdə düzgün sürüş tərzinin yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirirlər.
Onların sözlərinə görə, müasir avtomobillər əvvəlki modellərlə müqayisədə daha qənaətcil olsa da, sürücünün sürət dəyişmə qaydası və qaz pedalından istifadə tərzi yanacaq sərfiyyatına birbaşa təsir göstərir. Xüsusilə mexaniki ötürməli avtomobillərdə sürət pillələrinin mühərrikin optimal dövriyyəsində dəyişdirilməsi yanacağa qənaətin əsas şərtlərindən hesab olunur.
Bütün avtomobillər üçün uyğun olan vahid mühərrik dövriyyəsi mövcud deyil. Dizel mühərrikli və kommersiya təyinatlı avtomobillərdə sürətlər adətən benzin mühərrikli modellərlə müqayisədə daha aşağı dövriyyədə dəyişdirilir. Optimal göstəricilər isə avtomobilin mühərrikinin xüsusiyyətlərindən asılı olaraq fərqlənir.
Yanacaq sərfiyyatına təsir edən əsas amillərdən biri də qaz pedalından düzgün istifadədir. Avtomobilin sürətini qorumaq üçün kifayət qədər qaz vermək, lazımsız sürətlənmələrdən çəkinmək və sabit templə hərəkət etmək yanacaq sərfini azaltmağa kömək edir. Eyni zamanda, kəskin sürətlənmə və qəfil əyləclərdən yayınmaq da qənaətə müsbət təsir göstərir.
Mütəxəssislər sürücülərə mühərrikin rahat işlədiyi sürət pilləsini seçməyi tövsiyə edirlər. Əgər mühərrik titrəyir, qeyri-sabit işləyir və ya həddindən artıq yüklənirsə, bu, sürət pilləsinin dəyişdirilməsinin vaxtının çatdığını göstərə bilər. Avtomobilin ən az güc sərf etməklə sürətini qoruya bildiyi pillə yanacaq iqtisadiyyatı baxımından ən səmərəli hesab olunur.
Bundan əlavə, ekspertlərin qiymətləndirməsinə görə, əksər minik avtomobilləri saatda təxminən 90-100 kilometr sürət intervalında daha səmərəli işləyir. Bu həddi aşdıqda isə hava müqavimətinin artması səbəbindən yanacaq sərfiyyatı da nəzərəçarpacaq dərəcədə yüksəlir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












