Mühərrik yağı əvəzinə qarğıdalı yağı istifadə etdi – 3 000 km yol getdi

Polşalı bloqer köhnə “BMW E36” modelinin mühərrikində qeyri-adi sınaq keçirib. 320 min kilometr yürüşü olan avtomobilin mühərrikindəki bütün yağ boşaldılıb və onun yerinə adi qarğıdalı yağı əlavə edilib.
Avtosfer.az xəbər verir ki, bloqerin keçirdiyi sınaq gözlənilməz nəticə ilə yadda qalıb. Mühərrikin bir neçə kilometrdən sonra sıradan çıxacağı ehtimal edilsə də, avtomobil dağlıq və kənd yollarında 5 gün ərzində təxminən 3 000 kilometr məsafə qət edib.
Sınaq başa çatdıqdan sonra avtomobil qaraja gətirilib və mühərrikin karteri sökülərək daxili hissələrə baxış keçirilib. Nəticədə mühərrikin val yataqları və digər daxili komponentlərinin gözlənildiyindən xeyli yaxşı vəziyyətdə qaldığı məlum olub.
Bu nəticə mühərrik yağının qarğıdalı yağı ilə əvəz edilməsinin təhlükəsiz olduğu anlamına gəlmir. Adi bitki yağları mühərrik üçün nəzərdə tutulmadığından onların lazımi sürtünmə, temperatur və oksidləşmə davamlılığı xüsusiyyətləri mühərrik yağları ilə eyni deyil.
Sınağın nəticəsi daha çox köhnə “BMW E36” mühərriklərinin konstruktiv sadəliyi və mexaniki dözümlülüyü ilə əlaqələndirilir. Buna görə də belə təcrübənin müasir mühərriklərdə təkrarlanması ciddi və bahalı nasazlıqlara səbəb ola bilər.
Mütəxəssislər sürücülərə bu cür sınaqları təkrarlamamağı və avtomobil istehsalçısının tövsiyə etdiyi mühərrik yağından istifadə etməyi məsləhət görürlər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












