Niyə Avropa ölkələri böyük yeraltı parkinqlər tikmir?

Parklama bu gün əhalisi 1 milyon nəfəri keçən şəhərlərin hamısı üçün ciddi problemdir. Problemdən çıxış yolları isə müxtəlifdir.
Avtosfer.az xəbər verir ki, parklama yerləri, xüsusən də küçədə yaradılan yerlər xarici ölkələrdə bələdiyyələr üçün ciddi gəlir mənbəyidir. Bu işlərin təşkili birbaşa bələdiyyələrin səlahiyyətindədir. Gocar.be saytı yazır ki, Brüsselin bəzi ərazilərində 1 saatlıq parklama qiyməti 5 avrodur, yəni təxminən 9 manat. Parklama üçün ödəniş etməyən sürücüyə 45 avro cərimə tətbiq edilir.
Bura qədəri yerində. Bəs elə isə nə üçün bələdiyyələr böyük yeraltı və ya yerüstü parkinqlər tikərək külli miqdarda qazanc əldə etmir? Cavab sadədir: bələdiyyə üçün ən sərfəli variant küçə parklamasıdır. Bunun üçün xüsusi infrastruktura, illərlə davam edən bina tikintisinə ehtiyac yoxdur. Yaxud, bələdiyyə böyük şəhərin mərkəzində parkinq tikməyə çalışsa, ciddi narazılıq yaranacaq (burada uzunçuluğa yol vermək istəmirik – müəl.).
Dünyada gedən şəhərlərin mərkəzlərinin boşaldılması yollarından biri də parklama yerlərinin məhdudlaşdırılmasıdır. Fransa şəhərlərində aparılan araşdırma göstərir ki, şəhər mərkəzinə maşınla gəlmək istəyən şəxsi yüksək parklama qiyməti çəkindirmir (Parisdə 1-11-ci zonalarda (Eyfelin ətrafı, Mulen Ruj, yelisey və s.) qonaq statusunda parklamanın 1 saatı 18 avrodur). Lakin 10 dəqiqədən çox parklama yeri axtaran sürücü növbəti dəfə eyni əraziyə ya gəlmir, ya da ictimai nəqliyyatdan istifadə edir.
Parisdə avtomobil sayı və parklama problemi ilə bağlı daha ətraflı bu linkdə:
Vüqar
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB












