PAZ məzuniyyətə getdi, VAZ-da narazılıq – YENİLƏNİB

Rusiyanın daha 2 avtomobil zavodu əməkdaşlarını korporativ məzuniyyətə göndərib.
Avtosfer.az xəbər verir ki, PAZ (Pavlovsk Avtobus Zavodu) və UAZ avqustun 5-dək korporativ məzuniyyət elan edib. Hər 2 müəssisə bunu avadanlıqların dəyişməsi ilə izah etsə də, inandırıcı qəbul edilmir.
Daha bir böyük şirkət – Avtovaz isə istehsalı dayandırmaqla yanaşı, sentyabrın sonundan dördgünlük iş həftəsinə keçəcək. bu qərar indidən işçilərdə narazılıq yaradıb. Yeni iş rejiminə keçiləcəyi təqdirdə maaşlar 20 faiz azalacaq, normadan artıq işə görə müavinətlər və mükafatlar ləğv ediləcək.
Hazırda rəhbərlik əmək müqavilələrinə yenidən baxmağı planlaşdırır. Artıq bir çox işçi işdən azad olunmaq üçün avqustun sonunu gözləyir.
***30 iyul, 13:11
Rusiyanın böyük avtomobil zavodları anbarları boşaltmaq üçün ənənəvi üsula əl atır.
Avtosfer.az xəbər verir ki, zavodlar ya dördgünlük iş həftəsinə keçir, ya da korporativ məzuniyyətə gedir.
Əsas minik avtomobili istehsalçısı olan Avtovaz avqustun 17-dək istehsalı dayandırıb və bütün əməkdaşları korporativ məzuniyyətə göndərib. Qeyri-rəsmi məlumata görə zavodun anbarlarında qalan maşınların sayı 100 mini ötüb. Tələbatın kəskin artacağı təqdirdə belə, bu ehtiyatın “əridilməsi” üçün azı 3 ay lazımdır.
Yük avtomobili istehsalçılarına gəlincə, QAZ və KAMAZ artıq dördgünlük iş həftəsinə keçib. Buna səbəb federasiyada yük avtomobili və avtobuslara tələbatın müvafiq olaraq 40 və 60 faiz azalmasıdır. Yüngül komersiya avtomobillərinə (Qazel) tələbat 30 faiz aşağı düşüb.
QAZ və KAMAZ əsasən hərbi təyinatlı sifarişləri yerinə yetirir. Hətta 2 il əvvəl KAMAZ-ın baş direktoru bəyan etmişdi ki, müəssisə 3 növbədə işləməsinə rəğmən, ordunun sifarişlərini çatdıra bilmir. Elə ötən həftə Rusiyaya qarşı 18-ci sanksiya paketi qəbul edilərkən direktor məhz bu sözünə görə qara siyahıya düşüb. Birdən-birə iş həftəsinin qısaldılması hərbi sifarişlərin azaldığını göstərir.
UAZ şirkəti iş rejimi ilə bağlı açıqlama verməsə də, bir fakt dəyişmir: bu zavod yalnız güc strukturlarının sifarişləri hesabına ayaq üstə dura bilir.
Vüqar Yaşaroğlu
Yunanıstanda pulsuz yaşamaq istəyənlər üçün fürsət - FOTO
Bu ölkədə ondan çox elektromobilin yanaşı park edilməsi qadağandır
Cərimədən qorxan sürücüdən qəribə addım; siqareti görün hara atırmış – VİDEO
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq










