Planetimizin əsl yaşı AÇIQLANDI

Yer planetinin həqiqi yaşı uzun müddət alimlər arasında mübahisə mövzusu olub. İndi isə tədqiqatçılar bu suala daha dəqiq cavab tapmağa yaxınlaşıblar.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "Indian Defence Review” nəşri yazır.
Amerika Kimya Cəmiyyətinin (ACS) jurnalında dərc olunan yeni araşdırmada geoxronologiyada – Yer kürəsinin yaşını radioaktiv parçalanma vasitəsilə müəyyən edən elm sahəsində – "sirkon” mineralının rolu izah edilir.
Alimlər qədim sirkon kristallarında uranın parçalanma prosesini araşdıraraq Yer planetinin real yaşının təxminən 4,54 milyard il olduğu qənaətinə gəliblər.
Geoloq Rudi Molinekin sözlərinə görə, bu proses radioaktiv parçalanma ilə bağlıdır.
"Alimlərin ana izotop adlandırdığı uran radioaktiv şəkildə parçalanaraq qurğuşuna çevrilir. Bu proses zamanı atom nüvəsindən proton və neytronlar ayrılır. Qurğuşuna çevrildikdən sonra isə atom sabit olur və artıq radioaktiv sayılmır”, deyə o izah edib.
Alimlər bildiriblər ki, uran izotopları milyardlarla il ərzində tədricən qurğuşuna çevrilir və bu proses dəqiq zaman miqyası yaradır. Bu zaman miqyası süxurların və mineralların yaşını dəqiq müəyyən etməyə imkan verir.
Araşdırmada vurğulanır ki, sirkon bu proses üçün xüsusilə faydalı mineraldır. Çünki o, uranı özündə saxlayan, lakin qurğuşunun daxil olmasına imkan verməyən xüsusi şəraitdə formalaşır. Nəticədə sirkon kristalları formalaşdıqları dövrdə mövcud olan uran izotoplarını qoruyub saxlayan bir növ "zaman kapsulu” rolunu oynayır.
Bundan əlavə, sirkon Yer planetinin formalaşma prosesini anlamaqda da mühüm rol oynayır. Alimlərin sözlərinə görə, Kanadada yerləşən "Akasta” qneysində tapılmış və yaşı təxminən 4,02 milyard il olan ən qədim sirkon kristalları Yer kürəsinin erkən dövrləri haqqında çox qiymətli məlumatlar təqdim edir.
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA












