Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO

Türkiyənin Burdur vilayətində yol polisi tərəfindən keçirilən adi yoxlama zamanı maraqlı hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü polis əməkdaşlarına özü yaxınlaşsa da, sonradan alkoqol testindən keçməkdən imtina edib.
Hadisə Burdur–Fethiyə magistral yolunda yerləşən yol-nəzarət məntəqəsində qeydə alınıb.
Məlumata görə, 06 BM 5435 nömrə nişanlı avtomobili idarə edən Cengiz Y. (adlar şərtidir) əks istiqamətdə hərəkət edərkən polis əməkdaşlarını görüb. O, zolağını dəyişərək yoxlama məntəqəsinə yaxınlaşıb və polis əməkdaşlarını salamlamaq məqsədilə avtomobilini saxlayıb.
Sürücünün davranışlarından şübhələnən polis əməkdaşları əvvəlcə onun sənədlərini yoxlayıblar, daha sonra isə alkoqol testi aparmaq istəyiblər. Lakin Cengiz Y. dəfələrlə alkotesterə üfürməkdən imtina edib.
Sürücü polisə yalnız nəzakət məqsədilə yaxınlaşdığını bildirərək, "Sadəcə sizə uğurlar arzulamaq üçün gəlmişdim. Mənimlə niyə belə davranırsınız?" deyib. O, spirtli içki qəbul etdiyini etiraf etsə də, uzun müddət alkoqol testindən yayınmağa çalışıb. Hətta hadisə yerində jurnalistlər və polis əməkdaşları ilə müxtəlif mövzularda, o cümlədən saç düzümü barədə söhbətlər edərək prosesi uzatmağa cəhd göstərib.
Uzun sürən təkidlərdən sonra sürücü alkotesterə üfürməyə razılaşıb. Aparılan yoxlama zamanı onun qanında 3,28 promil spirt olduğu müəyyən edilib. Bu göstəricinin Türkiyədə icazə verilən normadan təxminən altı dəfə yüksək olduğu bildirilib.

Araşdırma zamanı Cengiz Y.-nin bundan əvvəl də iki dəfə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün məsuliyyətə cəlb olunduğu məlum olub.
Qayda pozucusu barəsində inzibati protokol tərtib edilib, o, 50 min türk lirə (təxminən 1 820–1 840 manat) məbləğində cərimələnib, sürücülük vəsiqəsi iki il müddətinə əlindən alınıb.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












