Qarabağ atları və milli musiqimiz Avropada - FOTO - VİDEO

Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib.
Azərbaycan Atçılıq Federasiyasından Avtosfer.az-a verilən xəbərə görə, 1898-ci ildən təşkil olunan və artıq bir əsrdən çox tarixə malik olan CHIO Aachen beynəlxalq atçılıq aləmində “Atçılıq idmanının Wimbledonu” kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən bu möhtəşəm tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, həmçinin dünya reytinqində ilk 100-lükdə qərarlaşan tanınmış idmançılar iştirak ediblər.Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilib.
Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunub, təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatıb.
Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurub, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Qeyd edək ki, Aachen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcək. Bu baxımdan CHIO Aachen hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.









Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












