“Qeyri-adi sərnişin”ə görə uçuş gecikdi

ABŞ-nin Kaliforniya ştatındakı San-Fransisko Körfəz Hava Limanında qeyri-adi hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, “Southwest Airlines” şirkətinin 1568 nömrəli uçuşu San-Dieqo Beynəlxalq Hava Limanına gedərkən bir saat gecikib.
Gecikməyə səbəb 1,2 metr hündürlüyündə robot sərnişin “Bebop” olub.
“FlightAware”in məlumatına görə, saat 14:00-da yola düşməsi planlaşdırılan uçuş robotun uçuş-enmə zolağında təxminən bir saat gözləməsinə görə gecikib. Pilot gecikmənin səbəbini “qeyri-adi sərnişin” olaraq açıqlayıb.
Hava limanında robotun hərəkəti sərnişinlərin diqqətini çəkib, bir çoxu onunla şəkil çəkdirib. Ekipaj isə robotun təyyarədə necə yerləşəcəyindən narahat olub. “Bebop” pəncərənin yanında oturub, çünki onun əl baqajı ölçüsü hava limanının qaydalarını aşıb. Bundan əlavə, litium batareyasının icazə verilən maksimum ölçünü keçdiyi üçün ekipaj robotun batareyasını çıxarmasını tələb edib.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












