Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

Qızıl çox vaxt "nəcib metal" adlandırılır. Lakin bu anlayışın elmi izahı indiyədək tam aydın deyildi. İndi alimlər bu metalın əsrlər boyu niyə öz dəyərini və görünüşünü qoruyub saxladığını izah etməyə nail olublar.
Məlum olduğu kimi, saf qızıl oksigenlə demək olar ki, reaksiyaya girmir. Buna görə də o, paslanmır və yüzlərlə, hətta minlərlə il ərzində dəyişmədən qala bilir.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, müasir elmi araşdırmalar qızılın nanohissəcikləri oksigenin iştirak etdiyi kimyəvi reaksiyaları, o cümlədən digər metallarda paslanmaya səbəb olan prosesləri effektiv şəkildə sürətləndirə bildiyini müşahidə ediblər.
Adətən paslanma prosesi oksigen molekulunun iki ayrı atoma parçalanaraq metalın səthinə yapışması ilə başlayır. Alimlərin sözlərinə görə, qızılın fərqli xüsusiyyəti də məhz bu mərhələdə üzə çıxır. Qızılın səthində yaranan yeni cızıq və ya zədələnmə zamanı onun atomları əvvəlkindən fərqli şəkildə yerləşir.
Araşdırmanın nəticələrinə görə, əvvəllər hesab edilirdi ki, qızıl oksigenlə ümumiyyətlə reaksiyaya girmədiyi üçün qaralmır və paslanmır. Lakin indi məlum olub ki, onun oksidləşməyə qarşı davamlılığı səth atomlarının yenidən təşkil olunması sayəsində yaranır.
Allimlərin araşçdırması zamanı məlum olub ki, qızıl sadəcə oksigeni "görməzdən gəlmir". Əksinə, onun səthi enerjisi daha aşağı olan xüsusi həndəsi quruluş formalaşdırır və məhz bu quruluş oksidləşməyə qarşı maksimum davamlılıq yaradır.
Bununla belə, bu müdafiə tam deyil. Çünki qızıl oksidi sabit olmayan birləşmədir. Yenə də yeni tədqiqat göstərir ki, qızıl sadəcə inert metal deyil, xarici səthinin quruluşunu dəyişdirərək özünü oksidləşmədən qorumağı bacarır. Bu da qızıl sikkələrin və zinət əşyalarının niyə min illər boyu öz görünüşünü qoruduğunu izah edir.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












