Qlobal turizmdə ciddi canlanma

BMT Turizm (BMT-nin turizm məsələləri üzrə ixtisaslaşmış qurumu) 2025-ci ilin birinci rübü ilə bağlı hesabatını təqdim edib. Qurum həminin, cari ilin perspektivləri barədə proqnozlarını da açıqlayıb. Sənəddə turizmə zərər verən amillər də əks olunub.
Avtosfer.az xəbər verir ki, BMT Turizmin statistikasına görə 2025-ci ilin birinci rübündə beynəlxalq turistlərin sayı 300 milyon nəfəri ötüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14 faiz çoxdur.
Pandemiyadan əvvəl, 2019-cu illə müqayisədə isə artım 3 faiz təşkil edir. Qurum hesab edir ki, mövcud geosiyasi, ticarət və inflyasiya gərginliyi şəraitində bu artım çox yüksək göstəricidir.
Təşkilatın Baş direktoru Zurab Pololikaşvilinin sözlərinə görə, “Dünyanın bütün regionlarında turizm xidmət sektonunun başında gəlir. Turizm milyonlarla iş yerinin, böyük və kiçik müəssisənin mövcudluğunu davam etdirməsinə imkan verir. Xaricdən gələnlərin sayındakı davamlılıq ölkələrin iqtisadiyyatı üçün yaxşı xəbərdir”.
Hesabat dövründə Avropaya 125 milyon turist gəlib. Bu da illik əsasda 2 faiz artım deməkdir. Ramazan ayına görə martda müsəlman ölkələrindən Avropaya ciddi axın müşahidə olunub. Proqnoza görə, Avropa cari ildə də dünyanın 1 nömrəli turizm destinasiyası olaraq qalacaq.
Qlobal turizmin inkişafına mane olacaq amillərə gəlincə. Bura, iqtisadi tənəzzül, bahalıq və gömrük xərclərinin artması daxildir. Bununla belə, 2025-ci ildə beynəlxalıq turizmdə 5 faizədək artım gözlənilir.
Vüqar
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI












