Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər

Rusiyada "BMW" markasının rəsmi fəaliyyətini dayandırmasına baxmayaraq, Kalininqrad şəhərində yerləşən "Avtotor" zavodunda alman istehsalçısının xəbəri olmadan avtomobillərin yığılaraq satışa çıxarıldığı iddia olunur.
Avtosfer.az xəbər verir ki, söhbət "BMW X3", "BMW X5" və "BMW X6" modellərindən gedir. Məlumata görə, bu avtomobillər 2022-ci ildə şirkətin Rusiya bazarını tərk etməsindən əvvəl anbarda qalan orijinal ehtiyat hissələrindən yığılıb.
İddialara əsasən, avtomobillərin bir hissəsi hətta 2026-cı il istehsalı kimi təqdim olunaraq satışa çıxarılıb. Halbuki onların hazırlanmasında illər əvvəl istehsal edilmiş komponentlərdən istifadə edilib. Bu səbəbdən avtomobillər qeyri-rəsmi şəkildə "pirat BMW" adlandırılır.
Bildirilir ki, həmin avtomobillər rəsmi "BMW" istehsalı hesab edilmir və şirkət onların istehsalı, keyfiyyətinə nəzarət və ya zəmanət öhdəlikləri ilə bağlı heç bir məsuliyyət daşımır. Məhz buna görə də alıcıların bir hissəsi bu avtomobillərə ehtiyatla yanaşır.
Buna baxmayaraq, "pirat BMW"lər paralel idxal yolu ilə Rusiyaya gətirilən orijinal "BMW" modelləri ilə müqayisədə daha aşağı qiymətə təklif olunur. Lakin premium avtomobil almaq istəyən və imkanlı alıcıların əksəriyyətinin paralel idxal vasitəsilə ölkəyə gətirilən rəsmi "BMW" modellərinə üstünlük verdiyi bildirilir.
Qeyd edək ki, "BMW" 2022-ci ildə Rusiyada avtomobil istehsalını və rəsmi satış fəaliyyətini dayandırmışdı. Bundan sonra ölkədə bir sıra xarici avtomobil markalarının istehsal sahələrinin fərqli formada fəaliyyətini davam etdirməsi ilə bağlı oxşar hallar da gündəmə gəlib.
Eltac Zülfüqaroğlu
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur












