Rusiyadan yeni mühərrik: Marsa 6 deyil, 1 aya getmək olacaq

Rusiyanın Rosatom şirkəti yeni kosmik mühərrik layihələndirir.
Avtosfer.az xəbər verir ki, yeni plazma-elektrik mühərriki kosmik gəmilərin daha sürətlə hərəkətinə imkan verəcək. Məsələn, müasir mühərriklər raketi Marsa 6 aya çatdıra bilir. Yeni raketlə bu müddət 1-2 aya enəcək.
Ənənəvi raketlərdən fərqli olaraq mühərrikdə kimyəvi reaksiyadan deyil, yüklənmiş ionların itələməsindən istifadə ediləcək. İonlaşan hissəciklərin hərəkəti nəticəsində daimi artan itələnmə yaranacaq.
Yeni sistemin əsas üstünlüyü faydalı iş əmsalındadır. Raket mühərrikində əsas itki istiliklə bağlıdır. Rosatomun mühərrrikində isə itki minimaldır.
Yeni mühərrik üçün hidrogendən istifadə eidləcək. Bu qaz kosmik fəzada boldur. Ənənəvi raket mühərrikində yanma sürəti 4,5 km/saniyəni keçmədiyi halda, hidrogenin tətbiqi isə sürət 100 km/saniyəyə (360 000 km/saat) çata bilər.
Layihənin müəlliflərindən Aleksandr Kutorovun dediyinə görə, mühərrikin resursu 2400 saat təşkil edəcək. Bu da Marsa gedib-qayıtmağa imkan verəcək.
Vüqar
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur












