Rusiyalı iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən yaxta hərracda satılıb - FOTO

Rusiyalı iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən "Amadea" superyaxtası ötən ilin sentyabrında ABŞ hökuməti tərəfindən keçirilən hərracda 187 milyon dollara BƏƏ-dən olan milyarderin ailəsinə satılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə CNBC telekanalı ABŞ Ədliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, vaxtilə dəyəri 300 milyon dollardan çox qiymətləndirilən yaxta 187 milyon dollara satılıb. Alıcının isə şirkəti "Trump Organization"la əməkdaşlıq edən BƏƏ-li milyarder Hüseyn Sacvaninin 27 yaşlı oğlu Abbas Sacvani olduğu bildirilir.
Bildirilib ki, 106 metr uzunluğunda olan "Amadea" yaxtası 2022-ci ildə müsadirə edilib. Yaxta 2018-ci ildən sanksiyalar altında olan rusiyalı milyarder Süleyman Kərimova məxsus hesab olunur.
Ötən ilin sentyabrında keçirilən hərrac zamanı ABŞ hökuməti nə satış qiymətini, nə də alıcının kimliyini açıqlamışdı.

Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












