Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü

Tələbə ikən rastlaşdığım bu səhnəni hələ də unuda bilmirəm: rayonlara işləyən “İkarus”ların arxa cərgəsində siqaret çəkənlər oturardılar. Bu sərnişinlərin siqaret çəkməsi normal qarşılanırdı. Sonradan sosialist blokunun avtobusları müasir, kondisionerli maşınlarla əvəzləndikdən sonra bu ənənə də tarixə qovuşdu.
Lakin, bazar günü rastlaşdığım səhnə köhnə ənənəni davam etdirmək istəyənlərin hələ də qaldığını göstərdi. Abşeron Ticarət Mərkəzindəki avtovağzaldan Ağstafaya gedən yaşlı sərnişin ayağında problem olduğu üçün qabaqda oturmaq istədi. Burada əyləşən Rusiya vətəndaşı etiraz etmədən arxa cərgəyə keçdi.
Mikroavtobus yola düşdükdən 10-15 dəqiqə sonra Lökbatanda yanacaq dolduranda bu sərnişin yerə düşüb siqaret yandırdı. Yanacaqdoldurma məntəqəsinin əməkdaşları onu dərhal (həm də haqlı olaraq!) ərazidən kənarlaşdırdılar və mədəni şəkildə siqaret çəkmək üçün ayrılmış yerə yönləndirdilər. Maşın bir neçə dəqiqə ləngidi. Amma iş bununla bitmədi.
Təxminən yarım saat sonra sərnişin siqaret çəkmək üçün sürücüdən icazə istəsə də, sonucu maşında qadın olduğunu əsas gəirərək icazə vermədi. Bu da sərnişini özündən çıxardı. Bundan sonra dediklərini olduğu kimi yazıram: “hamınız beləsiniz. Maşına minənədək “ağsaqqal otur, problem yoxdur” deyirsiniz, sonra heç kim siqaret çəkməyə icazə vermir. Siqaretsiz dayanammıram. Evim avtovağzalın yanındadır. Yolda siqaret çəkmək üçün ordan bura gəlirəm. Qohum-əqrəba da siqaretə görə məni maşınına götürmür”.
Bu sözdən sonra sürücü siqaret çəkməyə icazə versə də, sərnişin özünü naza qoydu, ardınca bir siqaret yandırdı. Yol boyu isə elə hey siqaret qadağasına deyindi.
Əslində Ucarda rast gəldiyim başqa bir hadisə bunun yanında heç nə idi: yanacaq daşıyan KAMAZ-ın sürücüsü sol ayağını alın şüşəsinə dirəyərək hərəkət edirdi. Məni indiyədək bir sual düşündürür: yük avtomobilində belə oturmaq nə dərəcədə rahatdır? Belə situasiya ilə bir ildə azı 3 dəfə rastlaşmışam. Təəssüf ki, foto çəkərək faktı ictimailəşdirə bilməmişəm. Siqaretə görə dava edən sərnişinin isə şəklini çəkmək isə etik olmazdı.
Vüqar Yaşaroğlu
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur












