Sürücülərin məxfi məlumatları ilə bağlı qalmaqal: Şirkət cərimələndi

Avtomobil dünyasında daha bir “məlumat məxfiliyi” qalmaqalı gündəmə gəlib. Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “General Motors”un (GM) sürücülərdən xəbərsiz topladığı məxfi məlumatları satdığı təsdiqlənib.
Avtosfer.az xəbər verir ki, “General Motors” sürücülərin yerləşdiyi məkan və sürücülük vərdişləri kimi həssas məlumatları onların razılığı olmadan paylaşmaq ittihamı ilə Kaliforniya ştatında açılmış məhkəmə işi üzrə razılığa gəlib. Şirkət milyonlarla dollar məbləğində cərimə ödəməyə və məlumat satışını dayandırmağa məcbur olub.
Məlumata görə, qalmaqal ilk dəfə 2024-cü ildə “The New York Times” nəşrində dərc olunan araşdırmadan sonra üzə çıxıb. Həmin araşdırmada iddia olunurdu ki, “GM” və bəzi digər avtomobil istehsalçıları sürücülük davranışları ilə bağlı məlumatları sığorta şirkətləri ilə paylaşıb. Bu isə bir çox istifadəçi üçün sığorta ödənişlərinin artmasına səbəb olub.
Kaliforniya Baş prokuroru Rob Bontanın rəhbərliyi ilə aparılan araşdırma zamanı müəyyən edilib ki, şirkət “OnStar” proqramı vasitəsilə yüz minlərlə sürücünün adını, əlaqə məlumatlarını, real vaxt məkan məlumatlarını və sürücülük davranışlarını toplayıb. Bildirilir ki, həmin məlumatlar “Verisk Analytics” və “LexisNexis Risk Solutions” kimi məlumat brokerlərinə ötürülüb və şirkət bu satışlardan təxminən 20 milyon dollar gəlir əldə edib.
Araşdırma materiallarında qeyd olunub ki, Kaliforniya qanunvericiliyinə əsasən sürücülük məlumatlarından sığorta tariflərinin müəyyən edilməsində istifadə qadağandır. Buna baxmayaraq, “General Motors”un məlumat toplama və paylaşma üsulu “qanunsuz” və “etimadı sarsıdan fəaliyyət” kimi qiymətləndirilib.
Razılaşmaya əsasən, “General Motors” 12,75 milyon dollar məbləğində mülki cərimə ödəməyə razılıq verib. Bununla yanaşı, şirkət növbəti beş il ərzində sürücülük məlumatlarını heç bir istehlakçı hesabat təşkilatına sata bilməyəcək.
Şirkət həmçinin hazırda saxlanılan bütün sürücü məlumatlarını 180 gün ərzində məhv etməyi, eləcə də məlumatları əldə etmiş vasitəçi şirkətlərlə əlaqə saxlayaraq həmin məlumatların onların sistemlərindən də silinməsini tələb etməyi öhdəsinə götürüb.
Eltac Züflüqaroğlu
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA










