Sürücülük imtahanında 138 dəfə kəsildi; səbəbi isə illər sonra məlum oldu

Polşada sürücülük vəsiqəsi almaq istəyən namizəd nəzəri imtahandan 9 il ərzində 138 dəfə uğursuz nəticə göstərib.
Avtosfer.az xəbər verir ki, bu müddət ərzində namizəd imtahanlara hazırlaşmaq üçün təxminən 1 800 avro xərcləyib. Uzun müddət ərzində imtahandan keçə bilməməsi aidiyyəti qurumların da diqqətini çəkib.
Aparılan araşdırma zamanı məlum olub ki, namizəd illər ərzində sürücülük imtahanına hazırlaşmaq üçün tədris proqramının bütün mövzularını əhatə etməyən, mobil tətbiqin məhdudlaşdırılmış demo versiyasından istifadə edib.
Səhvin səbəbi məlum olduqdan sonra namizəd çatışmayan mövzular üzərində çalışaraq hazırlığını tamamlayıb. O, 139-cu cəhdində yüksək nəticə göstərərək nəzəri imtahandan keçib.
Bununla da namizəd nəhayət sürücülük vəsiqəsi almaq üçün praktiki, yəni sükan imtahanına girmək hüququ əldə edib.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












