Sürücüsüz yük maşını yola çıxdı - FOTOLAR

Almaniyada ilk dəfə sürücü və təhlükəsizlik operatoru olmadan işləyən tam avtonom yük maşını ilə məhsul çatdırılmasına başlanılıb.
Avtosfer.az xəbər verir ki, İsveçin “Einride” nəqliyyast şirkəti və “Lidl” supermarket şəbəkəsi tərəfindən həyata keçirilən layihə çərçivəsində 4-cü səviyyəli avtonom idarəetmə texnologiyasına malik yük maşını “Lidl”in paylama mərkəzi ilə mağazası arasında məhsullar daşıyıb.
Nəqliyyat vasitəsi Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsinin (KBA) xüsusi icazəsi ilə yola çıxıb. Şirkətlər bildiriblər ki, bu, Almaniyada belə bir nəqliyyat vasitəsinə verilən ilk icazədir.
“Einride” tərəfindən hazırlanan yük maşını ənənəvi nəqliyyat vasitələrindən fərqli olaraq sürücü kabinəsi olmadan fəaliyyət göstərir. Nəqliyyat vasitəsi gündəlik logistika əməliyyatlarını tamamilə avtonom şəkildə həyata keçirir.
4-cü səviyyəli avtonom idarəetmə texnologiyası nəqliyyat vasitəsinin müəyyən marşrutlarda və əvvəlcədən müəyyən edilmiş şərtlər daxilində insan müdaxiləsi olmadan hərəkət etməsinə imkan verir.
KBA-nın icazəsinin nəqliyyat vasitəsinin real yol şəraitində istifadəsi üçün aparılan təhlükəsizlik yoxlamalarından sonra verildiyi bildirilib.
“Einride” və “Lidl” ilkin mərhələdə bir paylama mərkəzi ilə bir mağaza arasında həyata keçirilən çatdırılmaları gələcəkdə bir neçə dayanacağı əhatə edən daha geniş logistika şəbəkəsinə çevirməyi planlaşdırırlar.


Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












