Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA

Şəhər nəqliyyatında yaranan problemlərin həlli üçün hər zaman yeni yolların, əlavə zolaqların və ya bahalı yol qovşaqlarının tikintisinə üstünlük verilməməlidir. Mövcud infrastrukturun daha səmərəli idarə olunması üçün nəqliyyat modelləşdirməsindən istifadə etməklə müxtəlif həllərin əvvəlcədən sınaqdan keçirilməsi mümkündür.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev svetofor qurğularının işinin optimallaşdırılmasında nəqliyyat modelləşdirməsinin roluna diqqət çəkib.

Ekspertin sözlərinə görə, müasir modelləşdirmə alətləri vasitəsilə mövcud yol qovşaqlarının və svetoforların fəaliyyəti rəqəmsal mühitdə təhlil edilə, müxtəlif ssenarilər sınaqdan keçirilə və onların nəqliyyat axınına təsiri əvvəlcədən qiymətləndirilə bilər.
Rauf Ağamirzəyev bildirib ki, PTV Vissim kimi modelləşdirmə proqramları ilk baxışdan effektiv görünən həllərin real nəticəsinin gözlənildiyindən zəif ola biləcəyini göstərir. Bəzi variantlar buraxıcılıq qabiliyyətini cəmi bir neçə faiz artıra bildiyi halda, düzgün seçilmiş alternativ ssenari orta sürətin əhəmiyyətli dərəcədə yüksəlməsinə və gecikmələrin 70 faizdən çox azalmasına imkan verə bilər.
Bu yanaşmanın əsas üstünlüyü qərarın nəticəsini tikinti işlərinə başlamazdan əvvəl görmək imkanı yaratmasıdır. Beləliklə, müxtəlif variantları müqayisə etmək, səmərəsiz layihələrdən imtina etmək və investisiyanın nəqliyyat sisteminə mümkün təsirini əvvəlcədən qiymətləndirmək mümkündür.
Ekspert xüsusilə çoxsəviyyəli yol qovşaqları kimi böyük investisiya tələb edən layihələrdən əvvəl svetoforların idarə edilməsi, zolaqların təşkili, dönmə hərəkətlərinin məhdudlaşdırılması və alternativ qovşaq həllərinin modelləşdirilməsini vacib hesab edir.
Bu baxımdan RCUT (Restricted Crossing U-Turn – Məhdudlaşdırılmış Keçid U-Dönüşü) konsepsiyasını da nümunə göstərib. Bu sistemdə ikinci dərəcəli yoldan əsas yolu birbaşa keçmək və ya sola dönmək məhdudlaşdırılır. Sürücü əvvəlcə əsas yola sağa dönür, daha sonra müəyyən məsafədən sonra orta ayırıcı zolaqdakı xüsusi hissədən U-dönüş edərək hərəkətini davam etdirir.
Onun sözlərinə görə, belə yanaşma konflikt nöqtələrinin və svetofor fazalarının sayının azaldılmasına, nəticədə isə qovşağın buraxıcılıq qabiliyyətinin və hərəkət təhlükəsizliyinin artırılmasına kömək edə bilər. Lakin RCUT-un konkret qovşaqda tətbiqinin effektivliyi sahə məlumatları və nəqliyyat modelləşdirməsi əsasında əvvəlcədən qiymətləndirilməlidir.
Rauf Ağamirzəyev vurğulayıb ki, şəhər nəqliyyatının idarə edilməsində əsas prinsip “əvvəlcə ölçək, təhlil edək və modelləşdirək, sonra qərar verək və investisiya edək” yanaşması olmalıdır.
Eltac Zülfüqaroğlu
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












