Taksi sürücüsü ilə qadınlar arasında MÜBAHİSƏ: Pulu ödəməkdən imtina etdilər - VİDEO

İstanbulun Beşiktaş rayonunun Etiler məhəlləsində 3 qadın taksi xidmətinin 600 lirəlik ödənişini etmədən ərazidən uzaqlaşıb.
Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, hadisə avqustun 12-də saat 03:00 radələrində baş verib. Məlumata görə, Kuruçeşmədə yerləşən əyləncə məkanından 3 qadını götürən taksi sürücüsü onları Etilerə aparıb. Səfər zamanı hər hansı problem yaşanmasa da, ünvana çatdıqda taksometrdə 600 lirə məbləğ göstərilib.
İddiaya görə, qadınlar müxtəlif bəhanələr gətirərək gediş haqqını ödəməkdən imtina edib. Ödənişi tələb edən sürücü ilə qadınlar arasında mübahisə yaranıb. Qadınların ona qarşı aqressiv davrandığını bildirən sürücü təhlükəsizliyindən narahat olaraq polisə zəng edib.
Qadınların ərazidən uzaqlaşdığını görən taksi sürücüsü hadisəni mobil telefonla lentə almağa başlayıb. Üç qadın 600 lirəlik gediş haqqını ödəmədən hadisə yerindən uzaqlaşıb.
Sürücü görüntülərin və ərazidəki təhlükəsizlik kameralarının araşdırılmasını istəyərək qadınlardan şikayətçi olub.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












