Təyyarə təkərlərinin necə dəyişdirildiyini bilirdinizmi? – VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunun texniki heyəti təyyarələrin təhlükəsiz istismarını təmin etmək məqsədilə onların şassi və təkərlərinə mütəmadi texniki xidmət göstərir.
Avtosfer.az xəbər verir ki, bu proses çərçivəsində istismar müddətini başa vurmuş və ya aşınma əlamətləri müşahidə olunan təkərlər yeniləri ilə əvəz edilir.
Mütəxəssislərin sözlərinə görə, təyyarə təkərləri istismar zamanı son dərəcə ağır yüklərə məruz qalır. Xüsusilə eniş anında onlar saatda 250 kilometrdən çox sürətə, eyni zamanda yüzlərlə ton ağırlığın yaratdığı təzyiqə tab gətirməli olurlar. Bu səbəbdən təkərlərin texniki vəziyyətinə daim nəzarət edilir.
Təkər dəyişdirilməsi zamanı əvvəlcə köhnə təkər çıxarılır, daha sonra bütün texniki tələblərə uyğun şəkildə yeni təkər quraşdırılır. Proses bununla yekunlaşmır. Təkərin bərkidildiyi hissələr, əyləc sistemi və digər əlaqəli mexanizmlər də diqqətlə yoxlanılır.
Aeroportun texniki əməkdaşları bildirirlər ki, maksimum təhlükəsizliyin təmin olunması məqsədilə təkərlər mütəmadi olaraq inspeksiyadan keçirilir. Hətta kiçik aşınma və ya zədələnmə əlaməti aşkar edildikdə belə, təkər dərhal yenisi ilə əvəz olunur.
Qeyd olunur ki, hava şəraitindən asılı olmayaraq, texniki heyət bütün prosedurları beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirir. Güclü külək və digər çətin şəraitlərdə belə əməkdaşlar təyyarələri növbəti uçuşlara təhlükəsiz şəkildə hazırlamaq üçün işlərini davam etdirirlər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












