“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi

Avtomobil alarkən etibarlılıq və texniki xidmət xərcləri sürücülər üçün əsas meyarlardan biridir. Avtomobil ustaları isə servisə ən az müraciət edən və ən çox problem yaradan modellərlə bağlı fikirlərini açıqlayıblar.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər ən etibarlı marka kimi “Toyota”nı, ən çox texniki problemlə üzləşən istehsalçılardan biri kimi isə “Jaguar Land Rover” qrupunu göstəriblər.
Ustaların sözlərinə görə, “Toyota Yaris”in benzinli hibrid versiyası və avtomatik sürətlər qutusuna malik “Aygo” modeli aşağı istismar xərcləri və dözümlülüyü ilə seçilir.
“Jaguar Land Rover” avtomobillərində isə yağ sızması, pnevmatik asqı və mühərrik problemlərinin daha çox müşahidə edildiyi bildirilib. “I-Pace” modelində isə şarj, yüksək gərginlik izolyasiyası və iqlimləndirmə sistemlərində nasazlıqların yarana bildiyi qeyd olunub.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












