Banner

Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu

Maraqlı 12 Oktyabr 2026 13:48
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
WhatsApp kanalımıza abunə olun

Ukrayna ordusu həftə ərzində üçüncü dəfə Rusiyanın Yandeks platformasının serverlərinə dron hücumu həyata keçirib.

Avtosfer.az xəbər verir ki, gecə Vladimir şəhərindəki data mərkəzinə hücumun fəsadları daha ağır olub. Mərkəzin fəaliyyəti tam dayanıb. Şəhərdə su, istilik və elektrik təchizatında da bir neçə saatlıq fasilə yaranıb.

Hücumdan sonra Rusiyada Yandeksin bir çox xidmətinə giriş mümkün deyil. Bundan başqa, Ermənistan, Belarus, Qazaxıstan və Serbiyada “Yandex Go” onlayn taksi platforması, kuryer və texniki dəstək xidməti fəaliyyətini dayandırıb. Qeyd edilən ölkələrdə ənənəvi qaydada faliyyət göstərməyə məcburdurlar ki, bu da onların gəlirlərinə ciddi şəkildə təsir göstərir.

Almaniyalı ekspertlərin fikrincə, Yandeksin fəaliyyətinin tam bərpası üçün azı bir il lazımdır. Bununla belə, xidmətlərin əvvəlki keyfiyyətdə davam edəcəyi də şübhəlidir. Ölkə sanksiya altında olduğu üçün zədələnmiş avadanlıqları əvvəlki kimi Avropa və ABŞ texnologiyası ilə əvəzləmək mümkün olmayacaq. Çin texnologiyası isə iş keyfiyyətinə görə Qərbdəkinə çatmır. Ən əsası isə, serverlərin təhlükəsizlik məqsədi ilə ölkənin ucqarlarına köçürülməsi də kifayət qədər vaxt tələb edən prosesdir.

Vüqar

Oxunub : 450
ŞƏRH YAZ
Ad

E-mail

Şərh