Banner

Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə

Maraqlı 19 Oktyabr 2026 11:30
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
WhatsApp kanalımıza abunə olun

Xırdalanda şəhərsalma və tikinti məsələləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, “Bakı Gündəliyi” səhifəsinin paylaşımında Xırdalana şəhər statusunun verilməsindən 20 il keçməsinə baxmayaraq, ərazidə müasir şəhərsalma prinsiplərinə uyğun mühitin formalaşmadığı bildirilib.

Paylaşımda qeyd olunub ki, sürətli və plansız urbanizasiya nəticəsində əhalinin sayı artsa da, şəhər infrastrukturu bu artımla ayaqlaşmayıb. Xırdalanın xaotik tikinti görüntüsü yaratdığı, əhali sıxlığı və infrastruktur problemlərinin şəhərin inkişafına mənfi təsir göstərdiyi vurğulanıb.

Vaxtilə Bakının yükünü azaltmaq üçün paytaxt ətrafında müasir peyk şəhərlərin yaradılması ideyasını xatırladılıb. Bildirilib ki, Xırdalan bu baxımdan gözlənilən nəticəni verməyib. Paylaşımda Bakının özünün də oxşar şəhərsalma problemləri ilə üzləşdiyi qeyd olunaraq, Xırdalandakı vəziyyət “Sovetski” ərazisindəki söküntülərlə müqayisə edilib. Gələcəkdə Masazırda da oxşar problemlərin yarana biləcəyi ehtimalı irəli sürülüb.

Paylaşımın şərh bölməsində isə bir istifadəçi tənqidi fikirlərlə razılaşmadığını bildirib. O, yayılan görüntünün süni intellekt vasitəsilə hazırlandığını iddia edib və Abşeron Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərə qarşı mövqeyini, eləcə də müasir şəhərsalma yanaşmalarının tətbiqində rolunu müdafiə edib.

Qeyd edək ki, Xırdalanda şəhərsalma, əhali sıxlığı və infrastrukturun inkişafı ilə bağlı səsləndirilən fikirlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Eltac Zülfüqaroğlu

FOTO QALEREYA
Oxunub : 252
ŞƏRH YAZ
Ad

E-mail

Şərh