Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir - FOTO

Xocalı rayonunun Ballıca kəndində bu gün toy sədaları eşidilir. Kənddə Hüseynovlar ailəsinin böyük sevinc və həyəcanına şahidlik edən toy mərasimi baş tutur. Əmrah və Arzu ailə həyatı qururlar.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı sosial şəbəkədə paylaşım edib.
Gənc cütlüyün toy mərasiminin əsas özəlliyi onların ailə həyatına məhz doğma yurdda - Xocalının Ballıca kəndində başlamasıdır.
Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy sədaları eşidilir, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır.
Ballıca kəndində keçirilən bu toy təkcə bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasını, insanların öz yurdlarına qayıdaraq burada gələcək qurmasını əks etdirir.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












