Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA

Avtomobillərdə yanacaq sərfiyyatı sürətdən birbaşa asılıdır. Texniki araşdırmalar göstərir ki, bir çox avtomobildə ən aşağı yanacaq sərfiyyatı saatda təxminən 70 kilometr sürətlə hərəkət zamanı qeydə alınır. Lakin bu göstərici avtomobilin texniki xüsusiyyətlərindən və hərəkət şəraitindən asılı olaraq dəyişə bilər.
Avtosfer.az xəbər verir ki, Fransanın texniki araşdırmalar mərkəzi “Cerema”nın apardığı ölçmələrə əsasən, yanacaq sərfiyyatının sürətdən asılılığı “U” formasında əyri yaradır. Bu o deməkdir ki, həm həddindən artıq aşağı, həm də yüksək sürət yanacaq sərfiyyatını artıra bilər.
Araşdırmalara görə, saatda 30-40 kilometr sürətlə hərəkət etmək hər zaman daha qənaətcil deyil. Xüsusilə şəhər daxilində tez-tez dayanmaq, yenidən sürətlənmək və əyləcdən istifadə etmək yanacaq sərfiyyatını artıra bilər. Eyni zamanda, yüksək sürətlə hərəkət zamanı avtomobilin qarşılaşdığı hava müqaviməti kəskin yüksəlir və mühərrik daha çox enerji sərf etməli olur.
“Cerema”nın məlumatlarına istinadən, avtomobilin sürətini saatda 100 kilometrdən 120 kilometrə çatdırmaq yanacaq sərfiyyatını təxminən 20 faiz artıra bilər. Bu da cəmi 20 km/saat sürət fərqinin yanacaq sərfiyyatına ciddi təsir göstərə biləcəyini göstərir.
Yüksək sürət elektrikli avtomobillərin enerji sərfiyyatına da təsir edir. Belə avtomobillər sürət artdıqca daha çox enerji sərf edir və nəticədə bir dəfə enerji doldurmaqla qət edilən məsafə azalır.
Bununla belə, bütün avtomobillər üçün vahid ideal sürət göstəricisi yoxdur. Avtomobilin çəkisi, aerodinamik quruluşu, mühərriki və transmissiyası yanacaq sərfiyyatına təsir edən əsas amillərdəndir.
Yanacağa qənaət etmək üçün sürücülərə kəskin sürətlənmələrdən və qəfil əyləcləmələrdən çəkinmək, uyğun ötürmədən istifadə etmək və mümkün olduqda sabit sürətlə hərəkət etmək tövsiyə olunur. Qaz pedalına yumşaq basmaq və hərəkəti əvvəlcədən planlaşdırmaq da sərfiyyatın azalmasına kömək edə bilər.
Beləliklə, yanacağa qənaət etmək üçün avtomobili mümkün qədər yavaş idarə etmək deyil, mühərrikin səmərəli işlədiyi rejimi qorumaq və sürəti yol şəraitinə uyğun seçmək vacibdir. Sürücülər bununla yanaşı, yol hərəkəti qaydalarına və müəyyən edilmiş sürət hədlərinə əməl etməlidirlər.
Eltac Zülfüqaroğlu
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












