Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA

Avtomobillərin yanacaq göstəricisində xəbərdarlıq işığı yandıqdan sonra çəndə nə qədər yanacaq qaldığı və həmin yanacaqla neçə kilometr yol getməyin mümkün olduğu marka və modellərə görə dəyişir.
Avtosfer.az xəbər verir ki, aparılan hesablamalara əsasən, yanacaq xəbərdarlığı işığı yandıqda avtomobillərin çənində ümumi tutumun orta hesabla 10–15 faizi həcmində ehtiyat yanacaq qala bilər. Bu isə avtomobilin modelindən və sürüş şəraitindən asılı olaraq təxminən 46–100 kilometr əlavə məsafə qət etməyə imkan verir.
İstehsalçılar yanacaq göstəricisi xəbərdarlıq etdikdə sürücünün ən yaxın yanacaqdoldurma məntəqəsinə çatmasına imkan verəcək müəyyən ehtiyat yanacaq saxlayırlar. Lakin xəbərdarlıq işığının yanması avtomobilin uzun məsafə qət edə biləcəyi anlamına gəlmir.
Xəbərdarlıq işığından sonra gedilə biləcək məsafəyə sürət, sürücülük tərzi, istifadə olunan ötürmə rejimi və yol şəraiti ciddi təsir göstərir. Məsələn, şəhər daxilində tez-tez dayanıb-hərəkət etmək yanacaq sərfiyyatını artıraraq ehtiyat yanacağın daha sürətlə tükənməsinə səbəb olur.
Bunun əksinə olaraq, magistral yolda sabit və orta sürətlə hərəkət etmək, tez-tez sürətlənmə və yüksək sürətlə hərəkətlə müqayisədə yanacağın daha səmərəli istifadəsinə imkan verir. Məsələn, saatda 60 kilometr sabit sürətlə hərəkət etmək saatda 140 kilometr sürətlə getməkdən və ya kəskin sürətlənmələr etməkdən daha az yanacaq sərf edə bilər.
Araşdırmada yanacaq xəbərdarlığı işığı yandıqdan sonra bəzi avtomobil modellərinin qət edə bildiyi orta məsafə də açıqlanıb. Siyahıda ən yüksək göstərici 100 kilometr ilə “Volkswagen Amarok” modelinə aiddir.
“Volkswagen Amarok” – 100 km, “Nissan Frontier” – 75 km, “Ford Ranger” – 70 km, “Peugeot 208” – 70 km, “Volkswagen Taos” – 70 km, “Renault Kangoo II” – 60 km, “Toyota Hilux” – 56 km, “Fiat Cronos” – 50 km, “Toyota Etios” – 50 km, “Chevrolet Tracker” – 46 km.
Mütəxəssislər sürücülərə yanacaq xəbərdarlığı işığı yandıqdan sonra avtomobili uzun müddət idarə etməməyi, mümkün qədər tez yanacaqdoldurma məntəqəsinə müraciət etməyi tövsiyə edirlər. Çənin tamamilə boşaldılması mühərrikin işinə və yanacaq sisteminə əlavə problemlər yarada bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












