Yay aylarında maşınlar niyə yanır? – “Alışma riski yaranır”

“İstehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır”.
Bu sözləri avtomobil ustası Xəyyam Səlimov deyib.
O bildirib ki, buraxılış ili köhnə olan maşınların sürücüləri isti havalarda heç olmasa ayda 1 dəfə avtomobillərini yoxlatdırmalıdır:
“Yay aylarında sürücülər yüksək temperatur ucbatındn mühərrikin qaynatması halları ilə tez-tez qarşılaşır. Digər tərəfdən, avtomobillərin alışıb-yanması da isti havalarda müşahidə edilir. Xüsusən də, istehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır. Buraxılış ili köhnə olan maşınların sürücüləri isti havalarda heç olmasa ayda 1 dəfə avtomobillərini yoxlatdırsalar daha yaxşı olar. Əsas da Bakıda yaşayanlar. Çünki onlar gün ərzində mütəmadi tıxacda olur”.
Usta qeyd edib ki, istehsal ili 5 ildən çox olmayan maşınlarda baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir:
“Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan maşınlarda baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir. Buna görə də sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşsalar yaxşıdır. Əks halda bu, avtomobil sahibinə baha başa gələ bilər. yanğınlar adətən avtomobillərin elektrik naqillərinə edilən müdaxiləyə görə baş verir.
Avtomobilə əlavə avadanlıq quraşdırılanda naqillər həmin yükü qaldıra bilmir. Nəticədə hadisələr qaçılmaz olur. Naqillərin özünə görə gücü var. Başqa heç bir şeyə icazə verilmir. Yəni əlavə quraşdırılanda avtomobillərdə yanma müşahidə olunur. Naqillərə müdaxilə etdikdə bu problem yaşanır".(yeni.sabah)
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO












