Yay meyvələrində gizli risk - Ehtiyatlı olun!

Yay mövsümündə qarpız və yemişə tələbat artsa da, bu məhsulların tez yetişdirilməsi üçün normadan artıq gübrə və pestisid istifadəsi ilə bağlı narahatlıqlar da gündəmdədir.
Bəs bazarlarda və marketlərdə satılan qarpız və yemişlər sağlamlıq üçün təhlükə yarada bilərmi?
Avtosfer.az xəbər verir ki, Konkret.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, əsas məsələ məhsulun yetişdirilməsi zamanı istifadə olunan azot gübrəsinin miqdarıdır.
Onun sözlərinə görə, bütün fermerlər eyni qaydalara əməl etmir:
“Elə fermer var ki, azotu normasında istifadə edir, eləsi də var ki, məhsul tez yetişsin, iri görünsün deyə normadan artıq gübrə verir. Dozanın düzgün seçilməməsi məhsulun keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərir.
Alıcılar qarpız seçərkən bəzi əlamətlərə xüsusi diqqət yetirməlidirlər. Kəsilən qarpızın daxilində ağ liflərin görünməsi, tumların tam yetişməməsi və meyvənin iç quruluşunun normal formalaşmaması məhsulun keyfiyyəti ilə bağlı şübhə yarada bilər.
Azotun normadan artıq istifadəsi məhsulda nitrat səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu isə insan orqanizmi üçün təhlükəlidir və hətta qida zəhərlənməsinə gətirib çıxara bilər”.
Qida texnoloqu satış şəraitinin də vacib amil olduğunu bildirib. O, vətəndaşlara günəş şüaları altında, yüksək temperaturda açıq şəkildə saxlanılan qarpızları almağı tövsiyə etməyib. Ekspertin sözlərinə görə, məhsulların kölgəlik və uyğun şəraitdə satıldığı məkanlara üstünlük verilməsi daha məqsədəuyğundur.
Sonda Ağa Salamov istehlakçılara qarpız və yemiş alarkən tələsməməyi, məhsulun görünüşünə, saxlanma şəraitinə və keyfiyyət əlamətlərinə diqqətlə yanaşmağı tövsiyə edib.
Ronaldonun 30 milyonluq “oyuncaq”ları... - FOTOLAR
Dünyada ən qısa tramvay xətti
İdmançı Baltik dənizini üzərək keçdi - REKORD
Muzey və teatr insan ömrünü uzadır - TƏDQİQAT - FOTOLAR
Avtomobilin rəngi yanacaq sərfiyyatına təsir edir? – ARAŞDIRMA
Ceki Çanın Bakıda ilk görüntüləri - VİDEO
Kondisionersiz tramvay narazılıq doğurdu - FOTO
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA










