Yay yaxınlaşır, aviaşirkətlərin narahatlığı artır

Yaxın Şərqdə davam edən böhran aviasiya sektoruna da ciddi ziyan vurur. Bu ziyan regiona uçuşların minimuma enməsi, yolun uzanması, yaxud aeroportların hədəfə alınması ilə məhdudlaşmır. Son günlərdə aviasiya yanacağının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bu da bir tərəfdən uçuşlarln rentabelliliyini azaldır, digər tərəfdən qiymət artımı ilə nəticələnir. Yay mövsümünün yaxınlaşması ilə vəziyyət daha ciddi hal alır.
Avtosfer.az xəbər verir ki, aviasiya sektoru nadir rast gəlinən vəziyyətlə üzləşib. Yaxın Şərqdə davam edən gərginlik dənizçiliklə yanaşı, aviasiya sektoruna da ciddi ziyan vurub. Yaxın Şərq ölkələrinə uçuşlar tarixi minimuma enib. Bu regiondan yan keçmək isə aviaşirkətlərin xərclərini artırıb.
Lakin aviadaşıyıcıları narahat edən başlıca məsələ yanacağın bahalaşmasıdır. Son 1 ayda xam neftin qiyməti 60 faizədək qalxıb. Bu da kerosinin qiymətinin artması ilə nəticələnir. Londonda 1 ton aviasiya yanacağı 1900 dollara təklif edilir.
Doğrudur, 1946-cı il Çikaqo konvensiyası kersinə vergi tətbiqini qadağan edir. Lakin, logistika və digər xərclərə görə maya dəyərinin artması qanunla tənzimlənmir. Avropada Yaxın Şərqdən idxal edilən aviasiya yanacağı 50 faizdən çox bahalaşıb.
Təbii ki, bu bahalaşma bilet qiymətlərinə də təsirsiz ötüşmür. Martın 26-dan sonra Avropadan digər regionlara reyslərin qiyməti 100 avro, daxili reyslər isə 10-15 avro bahalaşıb. ABŞ-dən olan aviasiya eksperti Kollin Valke deyir: “Yaxın Şərqdə münaqişə başlayandan sonra şirkətlərin istismar xərclərində yanacağın payı 25 faizdən 45 faizə qalxıb. Bu bahalaşma uçuşların rentabelliliyini azaldır. Şirkətlər bəzi reysləri ləğv etməyə məcbur qalır. Vəziyyət belə davam edərsə, aeroportlar təkcə bahalıq deyil, həm də yanacaq qıtlığı ilə üzləşəcək”.
Qaydaya görə, artıq satılmış biletlərin qiyməti dəyişdirilə bilməz. Yay mövsümü yaxınlaşır ki, bu da uçuşların intensivliyinin artması ilə nəticələnir. Şirkətləri isə bir məsələ düşündürür: Yaxın Şərq münaqişəsi uzanacağı təqdirdə yanacaq qıtlığı qaçınılmaz olacaq. Bu da reyslərin ləğvi və ya gecikməsini labüd edəcək.
Vüqar
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA












