Yeniyetmədən təhlükəli “şou”: Əks yola çıxıb velosipedin təkərini göyə qaldırdı - VİDEO

Paytaxtın Qara Qarayev prospektində velosiped sürən yeniyetmənin təhlükəli hərəkətləri kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, yeniyetmə velosipedlə əks istiqamətli yola çıxaraq hərəkət edib. Bununla kifayətlənməyən oğlan velosipedin ön təkərini havaya qaldıraraq yol boyu “şou” göstərib.
Nəticədə o həm özünə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaradıb. Xüsusilə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yolda velosipedi idarəetməni çətinləşdirən bu cür hərəkətlər qəza riskinə gətirib çıxarır.
Xatırladaq ki, qanunvericiliyə əsasən, 14 yaşına çatmayan şəxslərin velosipedlə yolun hərəkət hissəsinə çıxmasına yol verilmir. Belə hallarda uşağın yola nəzarətsiz buraxılmaması və təhlükəli davranışların qarşısının alınması valideynlərin üzərinə düşən əsas məsuliyyətlərdəndir.
Nərmin
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












