Yol polisinin saxladığı sərxoş sürücü vəsiqə əvəzinə “İnstagram” profilini göstərdi - VİDEO

Türkiyənin Kayseri şəhərində yol polisi əməkdaşları tərəfindən saxlanılan sərxoş sürücünün davranışı diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, Kayseri Vilayət Polis İdarəsinin Yol Hərəkəti Nəzarəti Şöbəsinin əməkdaşları Melikgazi rayonunun Cami Kebir məhəlləsində keçirilən nəzarət tədbirləri zamanı 31 AAH 648 nömrə nişanlı avtomobili saxlayıblar. Avtomobilin təkərinin partlamış vəziyyətdə olmasına baxmayaraq, nəqliyyat vasitəsinin hərəkətdə olduğu müəyyən edilib.
Saxlanılan sürücünün alkoqol testindən keçirilməsi zamanı onun qanında 2,56 promil spirt olduğu aşkarlanıb. Ayaq üstə durmaqda çətinlik çəkən sürücünün sənədləri yoxlanılarkən məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur. Araşdırma zamanı müəyyən edilib ki, sürücülük vəsiqəsi daha əvvəl alkoqol testindən imtina etdiyinə görə 2 il müddətinə ləğv edilib.
Polis əməkdaşları sürücüdən sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsini tələb etdikdə, sürücü yanında heç bir sənəd olmadığını bildirib və şəxsiyyətini təsdiqləmək üçün sosial media hesabını aça biləcəyini deyib. Bu qeyri-adi cavab polis əməkdaşlarının da diqqətini çəkib.
Sürücü alkoqol təsiri altında avtomobil idarə etmək və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etmək maddələri üzrə ümumilikdə 46.621 TL (təxminən 2.500 AZN) məbləğində cərimələnib. Bundan əlavə, şəxsiyyətinin dəqiqləşdirilməsi və “yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi üzrə ifadə verməsi üçün polis bölməsinə aparılıb.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












